Yevlaxda Nərimanovun heykəli dağıdılıb - FOTOLAR

img

24-12-2021 [14:39]


Yevlaxda Nəriman Nərimanovun heykəli dağıdılıb.

Mia.az Report-a istinadla xəbər verir ki, hadisə Yevlax rayonunun Tanrıqullar kəndində olub.

Həmin kəndin sakini Mikayıl Zülfü oğlu Kərimov Nəriman Nərimanovun bu kəndin mərkəzində olan abidəsini söküb.

Tanrıqullar kənd icra nümayəndəsi Nəsib İsmayılovla əlaqə saxlanılıb. Şifahi sorğuya cavab olaraq kənd icra nümayəndəsi bildirib ki, “Nəriman Nərimanovun heykəli Tanrıqullar kəndindəki uşaq bağçasının həyətində olub. 90 – cı illərin əvvəllərində heykəl baxımsızlıqdan dağıdılsada, yeri indiyə qədər qalıb. Bir neçə gün öncə kənd sakini, Kərimov Mikayıl Zülfü oğlu həmin qalıqları dağıdaraq yerində mağaza tikmək istəyib.

Bu məqsədlə əraziyə müxtəlif tikinti materiallarıda tökülüb. Tərəfimizdən vətəndaşa xəbərdarlıq edilsə də buna məhəl qoyulmayıb. Tikinti işlərinin qarşısının alınması məqsədilə rayon məhkəməsinə rəsmi müraciət edilib.

Məhkəmə qərarından sonra həmin yerdə qanunsuz inşa edilən tikinti dayandırılıb.

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub