MTRŞ-in adı dəyişir, bazasında yeni qurum yaradılır: nternetin, kanalların bloklanacağı barədə deyilənlər əsassızdır..."

img

14-12-2021 [17:27]


“Media haqqında” qanun layihəsinə əsasən, Milli Televiziya və Radio Şurasının funksiyalarını Azərbaycan Respublikasının Audioviziual Şurası yerinə yetirəcək. Başqa sözlə, Milli Televiziya və Radio Şurasının adının Azərbaycan Respublikasının Audiovizual Şurası olaraq dəyişdirilməsi təklif olunur”.

Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov bildirib.

MTRŞ sədri deyib ki, layihədə qurumun səlahiyyətlərinin artırılması nəzərdə tutulmur, sadəcə, Audiovizual Şuranın tənzimləmə sahəsi bir qədər geniş olacaq: “Artıq könüllü olaraq “Media haqqında” yeni qanuna uyğun olaraq fəaliyyət göstərmək istəyən internet telekanalların fəaliyyəti Audiovizual Şura tərəfindən tənzimlənəcək. Ancaq bu halda qurumun səlahiyyətinin artırılması, yaxud azaldılması məsələsi yoxdur”.

İ. Səttarov qeyd edib ki, internet televiziya anlayışı yeni, geniş anlayışdır: “İnsanlar bəzən səhv salır, elə bilirlər ki, istənilən internet kanalı internet televiziyadır. Hansısa insanın bir videobloku, şəxsi kanalı varsa, TV sözü yazmaqla dərhal bu kanal internet televiziya olmur. Qanun layihəsində konkret tələblər var. İnternet TV o olacaq ki, gündəlik minimum 6 saat fəaliyyət göstərəcək. Belə nümunələr də artıq var. Onlar da bizə müraciət ediblər ki, fəaliyyətləri qanuna uyğun olsun. Biz də qərara gəlmişik ki, media subyekti kimi fəaliyyət göstərmək istəyən həmin kanallara imkan yaradaq. Ancaq internetin, kanalların bloklanacağı barədə deyilənlər əsassızdır. Lisenziya almayanlara gəlincə, internet üzərində onlar bu gün necə fəaliyyət göstərirlər, gələcəkdə də elə fəaliyyət göstərəcəklər”.(apa.az)


Digər xəbərlər
SON XƏBƏRLƏR