PUTİNİN UKRAYNA OYUNU: məqsəd Mərkəzi Asiyadırmı? - Moskva ilə Vaşinqton arasında yeni səngər qazılır
11-12-2021 [14:16]
Ərəstun ORUCLU
***
Əvvəlki yazımda bildirmişdim ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi yalnız Kremlin imitasiyası və siyasi blefidir, əslində isə Moskvanın hədəfində olan Mərkəzi Asiyadır. Deməli, təkcə Moskvanın yox.
İl ərzində yalnız ABŞ prezidenti Cozef Baydenlə (Cenevrədə) üzbəüz görüş keçirən Rusiya prezidentini gözlənilmədən Hindistana səfərə vadar edən nə oldu?
Vladimir Putinin bu səfərinin amerikalı həmkarı ilə videokonfrans formatında keçirdiyi müzakirənin həmən ardınca baş tutması hansı səbəblərdən qaynaqlanır və Rusiya prezidenti Vladimir Putinlə Hindistan lideri Ravendra Modi arasında nələr müzakirə oluna bilərdi?
V. Putinin C. Baydenlə son danışıqları bir neçə məsələyə tam aydınlıq gətirdi:
1. Ağ Ev ABŞ-ın və onun NATO tərəfdaşlarının Rusiyanın Ukraynaya hərbi təcavüzünə layiqli cavab verməkdə israrlı olduğunu açıq şəkildə bəyan etdi.
2. ABŞ prezidenti bir qədər də uzağa gedərək Rusiya prezidentinə bildirdi ki, Ukraynanın NATO-ya mümkün üzvlük məsələsi heç bir halda Moskva ilə müzakirə və ya məsləhətləşmə predmeti ola bilməz və olmayacaq.
3. Bəyanatlarla kifayətlənməyən ABŞ özünün gələn il üçün hərbi büdcəsinə Ukraynaya hərbi yardımla bağlı xərcləri də daxil etməklə göstərdi ki, Vaşinqtonun Kiyevin müdafiəsinə yönəlik siyasəti artıq yalnız xəbərdarlıqlardan və çəkindirmələrdən ibarət olmayacaq.
Belə birmənalı mövqe Rusiyanın Ukraynaya qarşı təcavüz imitasiyasına vurulan yekun akkord oldu. Amma əslində Moskva özü də başqa reaksiya gözləmirdi və onun antiukrayna siyasəti əsasən diqqəti əsas hədəfdən yayındırmaq və "nəbz yoxlamaq" taktikası idi.
Hər iki taktiki addımı ilə bağlı konturların tam müəyyənləşməsi başa çatdığından Moskva əsas planının reallaşdırılması istiqamətində konkret fəaliyyətə keçir. Plan isə əvvəl də deyildiyi kimi Rusiyanın Mərkəzi Asiya istiqamətində xarici siyasətini gücləndirməkdən və bölgəni öz nəzarətinə qaytarmaqdan ibarətdir.
Mərkəzi Asiya istiqamətində öz təsirini artırmaq Moskva üçün strateji əhəmiyyət kəsb edir və bir neçə məsələni eyni zamanda hədəfləməyə imkan verir. Hər şeydən əvvəl bu, region ölkələri ilə sıx əlaqələr qurmağa can atan Ankaranın qarşısını almaq üçün vacibdir.
Türkiyənin Mərkəzi Asiya ölkələri ilə hərbi-siyasi əməkdaşlıq qurmaq səylərini Rusiya özünün təhlükəsizliyi üçün təhdid hesab edir. Digər tərəfdən də belə bir əməkdaşlığın qurulması Rusiyanın əbədi "isti dənizlərə çıxış" xülyasına son qoymuş olardı. Həm də ona görə ki, bu halda həmin planın qarşısı təkcə Mərkəzi Asiyanın şimalından deyil, həm də onun cənub cinahından kəsilmiş olur.
Unutmayaq ki, şimaldan (Rusiyadan) Qazaxıstanla ayrılan Mərkəzi Asiya və Əfqanıstan bölgəsi cənubdan Ankaranın hərbi-siyasi tərəfdaşı olan Pakistan tərəfindən qapanır. Göstərilən böyük bir regionun Ankara-İslamabad alyansının, həmçinin onun üzdə görünməyən tərəfdaşlarının nəzarətinə keçməsi Moskva üçün başqa itkilərə də səbəb ola bilər.
Moskva üçün ciddi narahatlıq doğuran həmin səbəblərdən biri də Türkiyə-Pakistan alyansı üzvlərindən birincisinin NATO üzvü, ikincisinin isə Pekinlə sıx müttəfiqlik münasibətində olmasıdır. Deməli, Çin-Avropa daşımalarından yararlanmağa çalışan Rusiya tam oyundankənar vəziyyətə düşə bilər. Bölkədəki gəlişmələrə Çinin təmkinli münasibəti də Moskva üçün məhz buna işarədir.
Belə olduqda Rusiya üçün yeganə çıxış yolu Mərkəzi Asiyaya siyasi, ardınca da hərbi müdaxilə olur ki, bu da ilk növbədə Qazaxıstana təsirdən başlamalıdır. Görünür, başda prezident Putin olmaqla Rusiya hakim dairələrinin son aylar ərzində dəfələrlə Qazaxıstana qarşı ərazi iddiaları irəli sürməsi heç də təsadüfi deyil.
Amma yuxarıda qeyd olunduğu kimi bölgəyə cənubdan (Pakistan vasitəsilə) girişin və mümkün təsirin qarşısının alınması da bu halda ciddi hərbi-taktiki əhəmiyyət kəsb edir. Görünür, Moskva elə buna görə regionda yeganə tərəfdaş kimi Dehlini görür və onunla müvafiq anlaşmalara getməyə çalışır.
Amma Hindistanın təkcə Pakistanla deyil, elə Çinin özü ilə də münasibətlərində problemlərinin olması onu Moskvanın planlarından çəkinməyə də sövq edə bilər. Bundan sığortalanmaq üçün isə Rusiya Hindistana geniş hərbi əməkdaşlıq proqramı təklif etməlidir. Bölgədəki əsas rəqibi olan Çindən bütün parametrlər üzrə xeyli geridə qalan Hindistan üçün belə əməkdaşlıq əlverişli olardı.
Bütün bu gəlişmələr fonunda son günlər Mərkəzi Asiya bölgəsinə yeni bir oyunçu da daxil oldu. Özü də bu dəfə artıq hansısa mücərrəd dəyərlər və anlayışlarla deyil, real hərbi əməkdaşlıq planı ilə.
İki gün əvvəl ABŞ-ın və Qazaxıstanın müdafiə nazirlikləri arasında 2022-27 illəri əhatə edən geniş hərbi əməkdaşlıq barədə anlaşma imzalandı.
Göründüyü kimi, Vaşinqtonun da diqqəti təkcə Kiyevlə məhdudlaşmır. Bu isə Mərkəzi Asiyanı geosiyasi mübarizənin qaynar nöqtəsinə çevirir.
Mia.az
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI