Mikayıl Cabbarov federasiya prezidenti seçildi: "Şərəf duydum..."

img

08-12-2021 [17:57]


Azərbaycan Güləş Federasiyasında hesabat-seçki konfransı keçirilib.

Mia.az xəbər verir ki, konfrans Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov federasiya prezidenti seçilib.

M.Cabbarov federasiyanın üzvlərinə təşəkkür edirək, bildirib ki, gəstərilən etimada görə və güləş ailəsinin üzvü olmaqdan şərəf duyur:  "Bizim güləşdə Avropa, dünya və olimliya çempuonlarımız var. Hər idman növündə uğurlar daha da çox ola bilər. İcraiyyə Komitəsinin üzvləri, məşqçilər və mütəxəssislərlə birlikdə bu idman növünün kütləviliyinin artırılmasına çalışacağıq. Üzərimə düşən məsuliyyəti dərk edərək, qeyd etdiyim mütəxəssislərlə əl-ələ verərək Azərbaycan güləşinin uğur qazanması üçün əlimdən gələni etməyə çalışacağam".

Qeyd edək ki, Azərbaycan Güləş Federasiyasının prezidenti vəzifəsi 2018-ci ildə keçmiş vergilər naziri Fazil Məmmədovun istefa verməsindən sonra vakant idi. Qurumun prezident əvəzi funksiyasını Namiq Əliyev yerinə yetirirdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR