Avropa çempionatı: Azərbaycan yığmasının qrupu bəlli oldu

img

08-12-2021 [13:58]


19 yaşadək futbolçulardan ibarət komandalar arasında final mərhələsi 2023-cü ildə Maltada təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb.

Mia.az xəbər verir ki, Azərbaycan yığması Türkiyə, Bolqarıstan və Lüksemburq komandaları ilə 2-ci qrupda mübarizə aparacaq.

Qrup mərhələsinin oyunları gələn ilin sentyabrında Bolqarıstanda təşkil olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR