Polkovnikə niyə cinayət işi açılıb?

img

07-12-2021 [16:29]


Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Quba rayonunda yerləşən N saylı hərbi hissəsinin sabiq komandiri, polkovnik Ehtiram Nəzərov barəsində cinayət işi başlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 312.1-ci (rüşvət vermə) maddəsi ilə ittiham irəli sürülüb.
Zərərçəkmiş qismində Azər Əliyev tanınır.

E.Nəzərovun cinayət işi üzrə ibtidai istintaqı artıq yekunlaşdırılaraq, Bakı Hərbi Məhkəməsinə göndərilib.İş hakim Aslan Kalbalıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası dekabrın 10-na təyin edilib.
Xatırladaq ki, ilk xəbəri unikal.org saytı yayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR