Palata: "Dövlət Neft Fondunun fəaliyyəti üçün risklər var"
06-12-2021 [14:38]
Hesablama Palatası “Büdcə sistemi haqqında” qanunu büdcə qaydası ilə bağlı təklif edilən dəyişikliklərin təhlilinə əsaslanaraq hesab edir ki, Dövlət Neft Fondunun (ARDNF) fəaliyyəti üçün risklər var.
Mia.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun gələnilki büdcəsinə verdiyi rəydə bildirilir.
Sənəddə həmçinin deyilir ki, “Büdcə sistemi haqqında” qanunun 11-1-ci maddəsinə dəyişikliklərin edilməsi ilə bağlı layihəyə əsasən büdcə qaydasında mövcud olan icmal büdcə xərclərinin yuxarı həddinə və xərclənə bilən neft gəlirlərinə məhdudiyyətlərin aradan qaldırılması, əvvəlki qaydada mövcud olan məhdudiyyətin (qeyri-neft baza kəsirin qeyri-neft ÜDM-nə nisbəti) saxlanılması, eləcə də dövlət borcunun ÜDM-ə nisbəti ilə bağlı yeni limitin müəyyən edilməsi nəzərdə tutulub.
Təklif edilən dəyişiklik qəbul olunduğu təqdirdə büdcə qaydasında əvvəl mövcud olan xərclənə bilən neft gəlirləri komponentinin neftin qiymətinin yüksək olması halında protsiklik siyasətin təsirinə məruz qalma riski də aradan qaldırılmış olur ki, bu da yeni qaydanın müsbət xüsusiyyəti kimi qiymətləndirilə bilər. Eyni zamanda, yeni layihədə büdcə qaydasında neftin qiyməti və müddət amilləri də nəzərə alınır ki, bunlara zərurət Hesablama Palatasının Dövlət büdcəsinin layihələrinə əvvəlki illərdə verilmiş rəylərində şərh edilib.
Bununla yanaşı, qaydaya təklif edilən dəyişikliklərin təhlili bir neçə məqamı da qeyd etməyə imkan verir: İlk olaraq, yenilənməsi nəzərdə tutulan qaydada “Azərbaycan 2030”: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də göstərilmiş “Xarici valyuta ehtiyatlarının dayanıqlı səviyyədə saxlanılması üçün ARDNF-dən transfertin dövlət büdcəsində payı tədricən azaldılmalıdır” tələbinin icrası ilə əlaqədar Fonddan dövlət büdcəsinə transfertlə bağlı məhdudiyyət birbaşa deyil, dolayı müəyyən edilib.
Habelə, təklif edilən layihədə “2017-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə” ölkə prezidentinin 27 dekabr 2016-cı il tarixli fərmanında ARDNF-dən dövlət büdcəsinə transfertin yuxarı həddinin tənzimlənməsinə və fiskal dayanıqlılığın gücləndirilməsi məqsədilə yeni fiskal qaydalara dair təkliflərin hazırlanması ilə bağlı tapşırığın tələbi də reallaşdırılmır. Həmçinin, qaydaya təklif edilən dəyişiklik- icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-nə nisbətinin tələb kimi nəzərdə tutulması, neft gəlirlərindən xərcləri azaltmadan da, qeyri-neft ÜDM-nin artımı ilə qaydaya riayət edilmənin mümkünlüyünü də göstərir.
Bundan əlavə, təklif edilən layihəyə əsasən xam neftin ixrac qiyməti 6 ay ardıcıl müddətdə bu Qanun layihəsinin 11-1.3-cü maddəsinə uyğun olaraq əsas götürülən xam neftin ixrac qiymətindən 25 faiz və ya daha az olduqda xam neftin ixrac qiymətinə baxılmaqla qaydaya uyğun hesablanmış hədlər yenidən hesablanır. Təqdim edilmiş məlumatlara əsasən, neftin qiymətinin 10,0 ABŞ dolları və ya 20,0% aşağı düşməsinin icmal büdcəyə təqribən 3 milyard manat itki yaradacağı göstərilib ki, bunun da qeyrineft ÜDM-nə nisbəti təqribən 5%-ə bərabərdir. Yuxarıda qeyd edilənlər ARDNF-in aktivlərinin gələcəkdə azalması ilə bağlı təhdidləri yüksəldə bilər ki, bu səbəbdən göstərilənlərin qaydanın təkmilləşdirilməsi zamanı nəzərə alınmasını Hesablama Palatası təklif edir.
Xəstənin lüt görüntüləri və... - "Cərrah" danışdı + VİDEO
ŞAHİN BABAYEV DAHA BİR VƏZİFƏYƏ TƏYİN OLUNDU - Vüqar Mirzəzadə ilə Toğrul Quluzadə isə...
Dövlət qulluğuna qəbul üçün test imtahanına qeydiyyat başlayıb
Ağdam sakini 58 kq narkotiklə tutulub
"Bayer Leverkuzen" fransalı müdafiəçi ilə müqavilə imzaladı
"İnter" hücumçusunu satır
"Trabzonspor" "PSJ"nin yarımmüdafiəçisi ilə maraqlanır
Baş Prokurorluq Laçında beynəlxalq konfrans keçirir
"Beşiktaş" klubu iki oyunçunu "qaraladı"
"Fənərbağça" Edson Alvarezi transfer edir
"Barselona" oyunçusu ilə müqaviləni uzadıb
Əbülfəz Elçibəyin vəfatından 25 il ötür
Azərbaycan nefti bahalaşıb
"Gaziantep FK" müdafiəçi transfer edib
"Trabzonspor" yeni transferiylə bağlı açıqlama yayıb
İndi ac olanlara kişi deyən tapılmır... - Təbriz VƏFALI YAZIR
"Paris FK" 35 yaşlı qapıçını heyətinə qatıb
İŞIQ və QAZ PULU.. - Sabit tariflər necə və nə vaxtdan hesablanacaq?
Netanyahu: "HƏMAS atəşkəs razılaşmasını qəbul etsə belə, Qəzzanı nəzarətimizə götürəcəyik"
"Qalatasaray" Viktor Nelssonu icarəyə verib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mərkəzi Bankın ehtiyatı artıb - 2.1 milyard dollardan çox
Prezident İlham Əliyev Ağdərədə - "Allah o yumruğunuzu çox möhkəm eləsin" - FOTOLAR (Yenilənib)
Xankəndi sakini Bakıda ermənilərin məhkəməsində elə faktları sadaladı ki... - "Ərimin başını kəsdilər" - "Cəlil kişinin hamilə gəlininin isə..."
“Azərsun Holdinq“in daha bir şirkətinin borcu çıxdı - FOTOLAR
AFFA rəsmiləri növbəti təyinat alıblar
Siyəzən rayonunda zəlzələ olub
Təhlükəsizlik Xidmətinə rəis təyinatı oldu
Partiya sədri: "Tikintiyə bu qədər orqan nəzarət edir, amma..." - "Nəyin müqabilində bu qanunsuzluğa göz yubublar?"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ölkədə internet problemi niyə yarandı? - "Delta Telekom"a genişmiqyaslı kiberhücum olub
"Aztelekom" internet problemi ilə bağlı məlumat yaydı
Gəncədə dəmir konstruksiya aşdı - 3 nəfər xəsaərt aldı - FOTOLAR
"Konyaspor" Cekson Muleka ilə müqavilə imzaladı
"Roma" sağ cinah hücumçusunu icarəyə götürüb
Müğənni Rəqsanə İsmayılovaya "yox" dedi - Azı 4 ay həbsdəq alacaq
Ole Qunnar Solskjaer: "Bu həftə diqqətimiz Avropadadır"
Abşeronda ər arvadını öldürüb - Daha sonra isə öz canına qıyıb
"Bornmut" Amine Adli ilə bağlı məlumat yayıb
Serdal Adalı: "Lazımlı transferləri edəcəyik"
İXTİSAS SEÇİMİ: nəticələr nə vaxt elan olunacaq? - AÇIQLAMA