Azərbaycan dilindən sınaq imtahanı keçiriləcək

img

03-12-2021 [10:16]


Dekabrın 26-da Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə keçiriləcək sınaq imtahanı yeni imtahan modeli əsasında təşkil olunacaq.

Dövlət İmtahan Mərkəzindən Mia.az-a bildirilib ki, sınaq imtahanında iştirak etmək üçün qeydiyyat davam edir.

Məlumatda xatırladılıb ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 2021-ci il dekabrın 26-da Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə yeni imtahan modelinə uyğun sınaq imtahanı keçiriləcək.

Sınaq imtahanında iştirak etmək istəyənlər 16 dekabr saat 23:59-dək DİM-in internet saytında qeydiyyatdan keçə bilərlər.

Sınaq imtahanı 2020-ci ildə tətbiq edilməsi nəzərdə tutulan və ictimaiyyətə elan edilən, lakin pandemiyaya görə həyata keçirilməsi təxirə salınan imtahan modelinə uyğun keçiriləcək.

Burada abituriyentlərin dinləyib-anlama qabiliyyətləri də yoxlanılacaq. Həmçinin yazılı şəkildə cavablandırılması tələb olunan 3 tapşırıqdan istifadə olunacaq.

İmtahanda abituriyentlərə 30 tapşırıq:

  • dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 (3 qapalı+1 yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli) tapşırıq;
  • oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 (7 qapalı+1 yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli) tapşırıq;
  • dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq təqdim edilir.

İmtahanın müddəti 1 saat 30 dəqiqədir. İmtahanda maksimum 100 bal toplamaq mümkündür.

İmtahanda iştirak etmək istəyənlər DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə şəxsiyyəti təsdiq edən sənədin məlumatları, telefon nömrəsi yazılır və “Qeydə al” düyməsi basılır. Bundan sonra “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında” bəyannaməni çap etmək mümkün olur.

İmtahan iştirakçısının “Yaddaş kitabçası”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR