Rəsmi Tbilisidən yeni təklif: “Gürcüstan, Azərbaycan və Ermənistandan ibarət üçtərəfli dialoq platforması..."

img

02-12-2021 [16:27]


"Beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü olaraq Gürcüstan Cənubi Qafqaz regionunda sülh və inkişafı təşviq edir".

Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani ATƏT-in xarici işlər nazirlərinin iclasında çıxışı zamanı bildirib.

“Gürcüstan, Azərbaycan və Ermənistandan ibarət üçtərəfli dialoq platformasının yaradılması üzrə yeni təşəbbüs irəli sürürük. Gürcüstan müxtəlif formalı üçtərəfli görüşlərə ev sahibi olmağa hazırdır”, - o əlavə edib.

Zalkaliani həmçinin Gürcüstanın Baş nazirinin BMT Baş Assambleyasının sentyabr ayında keçirilmiş iclası zamanı dinc qonşuluq təşəbbüsü ilə də çıxış etdiyini xatırladıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR