Hikmət Hacıyev Soçi görüşündən danışdı: "Azərbaycan sülh sazişi üzrə danışıqlara başlamağa hazırdır"

img

02-12-2021 [12:58]


"Prezident İlham Əliyev tərəfindən də qeyd edilib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması prosesi üzrə sülh sazişi üzrə danışıqlara başlamağa hazırdır".

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, burada da əsas parametr və prinsip dövlətlərin ərazi bütövlüyü, suverenliyi və toxunulmazlığı olmalıdır: "Soçi görüşünün nəticələri Azərbaycan tərəfindən müsbət qiymətləndirilir"/Report.

Prezidentin köməkçisi jurnalistlərə açıqlamasında bildirib ki, hazırda Azərbaycan-Ermənistan sərhədində vəziyyər sabit olaraq qiymətləndirilir: "Hərbi qulluqçularımız ölkəmizin suveren ərazilərində xidmətlərini həyata keçirirlər".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR