Prezidentin köməkçisi: "Dayanıqlı sülh bütün region ölkələri üçün faydalı olacaq"

img

02-12-2021 [11:27]


"Azərbaycan Ermənistan ilə sülh danışıqlarının başlanmasında və regionda dayanıqlı sülhün təmin edilməsində maraqlıdır".

Mia.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Mədəniyyət naminə sülh" Tərəfdaşlar Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dayanıqlı sülh bütün region ölkələri üçün faydalı olacaq.

Prezidentin köməkçisi işğal edilmiş ərazilərdə Azərbaycanın mədəni abidələrinin sistemli şəkildə məhv edildiyini bildirib.

O, beynəlxalq ictimaiyyəti buna diqqət yetirməyə və Ermənistanın vandallığına qiymət verməyə, həmçinin beynəlxalq institutları işğaldan azad edilmiş ərazilərə qiymətləndirmə missiyası ilə səfər etməyə çağırıb.

H.Hacəyevin sözlərinə görə, Azərbaycan bölgənin geosiyasi mənzərəsini dəyişib və bütün Cənubi Qafqaz regionunda dəyişikliklər üçün yeni sülh quruculuğuna başlayıb: “Azərbaycanın 44 günlük müharibədə qəti qələbəsi inteqrasiya olunmuş Cənubi Qafqaz və regionda sülh quruculuğu səyləri üçün əlavə imkanlar yaratdı. Azərbaycanın strategiyası müharibədə qələbə qazanmaqla yanaşı, həm də sülhə nail olmaqdan ibarətdir. Bununla əlaqədar olaraq, Azərbaycan Prezidenti İlham Əliyev suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipinə riayət etməklə Ermənistan ilə sülh danışıqlarına başlamağı təklif edib”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR