Hikmət Hacıyev: "Ümumilikdə Cənubi Qafqazda vəziyyət dəyişdi"

img

02-12-2021 [11:10]


"Bu gün mədəniyyətlər arasında əməkdaşlıq vacibdir".

Mia.az xəbər verir ki, bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Mədəniyyət naminə sülh" Tərəfdaşlar Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gəlməklə çox şeyləri dəyişdi: "Ümumilikdə Cənubi Qafqazda vəziyyət dəyişdi".

H.Hacıyev bildirib ki, azad edilən ərazilərdə hər şey dağıdılıb: "Biz orada Azərbaycan mədəni isrsinin dağılmasının şahidi olmuşuq. Biz beynəlxalq təşkilatları azad edilən ərazilərə cəlb etmək istəyirik. Eyni zamanda azad edilən ərazilərə faktaraşdırıcı missiya təşkil etməsi üçün YUNESKO-ya müraciət etmişik. YUNESKO Baş direktoruna təşəkkür edirik ki, Azərbaycana səfər etdi. Xalqımızın digər sivilizasiyalara hörmətini göstərmək istəyirik. Sülh xalqların birgəyaşayışı üçün çox vacibdir".


Digər xəbərlər
SON XƏBƏRLƏR