Xokkey matçı zamanı dava: Oyunçu rəqibinin əlini dişləyib

img

01-12-2021 [20:55]


"Ottava Senatros" və "Los-Anceles Kinqz" komandaları arasında keçirilmiş Amerika Milli Xokkey Liqası (NHL) matçında əlbəyaxa dava düşüb.

 UNİAN xəbər verir ki, insidentə qonaqların xokkeyçisi Brendan Lemyenin meydan sahiblərinin oyunçusu Bredi Tkaçuku təxribata çəkməsi səbəb olub.

Nəticədə Tkaçuk rəqibinə hücum edib. İnsident zamanı Lemye ukrayna əsilli xokkeyçinin əlini dişləyib. O, sözügedən hərəkətinə görə 5 oyunluq cəza alıb, həmçinin 38 750 avro cərimələnib. Vəsait Xokkeyçilərə Təcili Yardım Fonduna köçürüləcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR