“Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupu toplandı: nələr müzakirəyə çıxarılıb? - FOTO
01-12-2021 [18:30]
Bu gün biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.
Bu barədə Energetika Nazirliyindən Mia.az-a bildirilib ki, İşçi qrupunun rəhbəri, energetika nazirinin müavini Samir Vəliyev açılış nitqi ilə çıxış edərək iclasın gündəliyi haqqında məlumat verib. Gündəliyə uyğun olaraq, İşçi qrupun ötən iclasının Protokolunda qərara alınmış tədbirlərin icra vəziyyəti nəzərdən keçirilib, elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində aparılmış islahatlarla bağlı sahibkarlar arasında cari ilin I, II və III rübləri üzrə keçirilmiş sorğuların nəticələrinin təhlil edildiyi bildirilib.
2022-ci ildə keçiriləcək sorğu zamanı sahibkarlara ünvanlanması nəzərdə tutulan suallara dair təkliflər müzakirə edilib. İclasda Elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə Kommunikasiya Strategiyasının layihəsi üzrə müzakirələr aparılıb. Səsləndirilmiş təkliflər nəzərə alınmaqla layihənin qısa zamanda təkmilləşdirilərək yenidən İşçi qrup üzvlərinə göndərilməsi məsləhətçi şirkətə tapşırılıb.
Eyni zamanda, Kommunikasiya Strategiyası qəbul edildikdən sonra geniş ictimaiyyətə təqdim olunmasının zəruriliyi qeyd edilib. İşçi Qrupu tərəfindən ötən iclasda alınmış qərara əsasən elektrik təchizatı şəbəkəsinə onlayn qaydada qoşulma ilə bağlı müraciətlər üzrə 11 aylıq statistik məlumatların dekabr ayının ilk on günlüyündə ictimaiyyətlə paylaşılmasının təmin ediləcəyi bildirilib.
Daha sonra İşçi Qrupun 2021-ci il üzrə Fəaliyyət Planının icrasına dair aparılmış monitorinqin nəticələri dinlənilib, əvvəlki fəaliyyət planlarının icrası zamanı əldə edilmiş təcrübə nəzərə alınmaqla hazırlanmış 2022-ci il üzrə Fəaliyyət Planının son layihəsinə dair müzakirələr aparılıb.
İclasda Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Azərişıq” ASC, “Azərenerji” ASC, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Deloitte” və “Ekvita” şirkətlərinin nümayəndələri iştirak edib.
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları