Pol Qobl: "Svop sazişi Aşqabadı Bakı ilə Ankaraya daha da bağlayacaq"

img

01-12-2021 [16:22]


"Türkmənistandan İrana və Azərbaycana təbii qazın nəqlinə dair svop sazişi Aşqabadı Bakıya və Ankaraya daha da çox bağlayacaq".

Bunu tanınmış amerikalı analitik Pol Qobl (Paul A.Goble) bildirərək İranın da beynəlxalq əməkdaşlığı daha da gücləndirə biləcəyini diqqətə çatdırıb: “Belə bir razılaşma daha səmərəli əməkdaşlıq qurmağın vasitəsidir. Fikrimcə, Türkmənistanın iştirakı xüsusi əhəmiyyət daşıyır. Bu, Aşqabadı Bakıya və Ankaraya daha çox bağlamaqla İrana da faydalı olacaq”.

Onun fikrincə, bu razılaşma sayəsində Azərbaycan təbii qaz ixracatını daha da artıra biləcək.

Xatırladaq ki, noyabrın 28-də Türkmənistandan İrana və Azərbaycana ildə 1,5-2 milyard kubmetr təbii qaz tədarükünə dair svop sazişi imzalayıb. Müddətsiz şərtilə imzalanmış saziş dekabrın 22-dən həyata keçiriləcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR