Azərbaycanda Ilin Komandası adına namizədlər açıqlanıb

img

01-12-2021 [16:13]


Azərbaycanda Ilin Komandası adına namizədlər açıqlanıb.

Məlumata görə, İdman Araşdırmalar Mərkəzinin müəyyənləşdirdiyi siyahıda 9 komanda yer alıb.

Bundan əlavə, ilin idman yarışı nominasiyasının namizədləri də bəlli olub.

İlin Komandası

1. Aerodans üzrə komanda (Dünya çempionu)

2. Bədii gimnastika üzrə qrup hərəkətləri komandası (Dünya Kubokunun bürünc medalçısı)

3. Futzal üzrə milli komanda (Avropa çempionatına vəsiqənin sahibi)

4. Karate üzrə kişilərdən ibarət komanda (Dünya çempionatının bürünc medalçısı)

5. "Keşlə" futbol komandası (Azərbaycan Kubokunun sahibi)

6. "Qarabağ" futbol komandası (Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı və UEFA Konfrans Liqasının qrup mərhələsindən növbəti mərhələyə vəsiqənin sahibi)

7. "Neftçi" futbol komandası (Azərbaycan Premyer Liqasının qalibi)

8. “Sumqayıt” futbol komandası (Azərbaycan Premyer Liqasının bürünc medalçısı)

9. Şahmat üzrə qadınlardan ibarət komanda (Avropa çempionatının bürünc medalçısı)

İlin İdman Yarışı

1. Aerobika gimnastikası üzrə dünya çempionatı

2. AVRO-2020-nin Bakıda keçirilmiş 4 oyunu

3. Batut gimnastikası üzrə dünya çempionatı

4. Bədii gimnastika üzrə Dünya Kuboku

5. Cüdo üzrə Böyük Dəbilqə

6. Formula 1 üzrə Azərbaycan Qran-prisi

7. Paracüdo üzrə Qran-pri


Digər xəbərlər
SON XƏBƏRLƏR