Aparıcı: "İnsan həyatını elə qurmalıdır ki, sabah doğmaları ona sahib çıxsın"

img

01-12-2021 [15:48]


"Mən "Xalqa xidmət göstərmişəm" deyib dövlətə minnət qoymağı yalnış hesab edirəm"

Mia.az xəbər verir ki, bu sözləri aparıcı Rövşanə Ağasəfqızı sosial şəbəkə hesabında yazıb.

Aparıcının sözlərinə görə, o, ad çəkərək heç kimi incitmək istəmir: "Ad çəkib kimlərisə incitmək istəmirəm. Hər şeyi dövlətdən ummaq olmaz. Ev, bağ, fəxri ad, orden versin...

Təbii ki, söhbət sənətdə müstəsna xidmətləri olanlardan, sənət tarixinə imza atanlardan getmir. Hamıya da şamil etmək olmaz...

Mən "Xalqa xidmət göstərmişəm" deyib dövlətə minnət qoymağı yalnış hesab edirəm. Sevdiyin sənəti seçmisən, məşğul olmusan və bu peşəyə görə az-çox məvacib almısan. Bu işə səni heç kim məcbur etməyib. Yenə də deyirəm, sözüm sənəti özündən böyük olanlara deyil! Ona qalsa müəllim, həkim, polis, jurnalist, neftçi də xalqa xidmət edir və heç də az xidmət göstərmirlər. Məncə, insan həyatını elə qurmalıdır ki, sabah doğmaları, əzizləri ona sahib çıxsınlar. Övladları yiyə dursunlar”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub