“Tabaterra Leaf” QSC “Azərtütün” ASC-nin səhmlərini aldı
30-11-2021 [15:58]
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən paytaxt və regionlarda yerləşən iqtisadiyyatın ayrı-ayrı sahələrinə aid müəssisələrin özəlləşdirilməsi, investisiyaların cəlb edilməsi, fəaliyyətinin müasir standartlar səviyyəsində yenidən qurulması, özəlləşdirilmiş müəssisələrdə rəqabətə davamlı məhsulların istehsalı istiqamətində ardıcıl tədbirlər görülür.
Mia.az Xidmətə istinadla bildirir ki, belə müəssisələrin fəaliyyəti yeni iş yeri yaratmaqla məşğulluq səviyyəsinin artmasına, ixrac potensiallı məhsulların istehsalının genişlənməsinə imkan yaradır. Nəzərə alsaq ki, özəlləşdirilən əksər müəssisələr regionlarda yerləşir, bu, həmçinin bölgələrin sosial-iqtisadi inkişafına da səbəb olur:
"Bu baxımdan regionlarda yerləşən müəssisələrin investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilməsinə daha çox diqqət yetirilir. Xidmət tərəfindən həyata keçirilən investisiya müsabiqəsi nəticəsində daha bir müəssisə özəlləşdirilib.
Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 15 oktyabr 2021-ci il tarixində Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən “Azərtütün” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 85 faizinin və əmək kollektivi üzvlərinə səhmlərin güzəştlə satışından qalan hissəsinin satışı üzrə investisiya müsabiqəsi elan edilib.
18 noyabr 2021-ci il tarixində Müsabiqə Komissiyası tərəfindən iddiaçıların təkliflərinə baxılıb. Müsabiqə Komissiyasının üzvləri arasında açıq səsvermə yolu ilə “Tabaterra Leaf” Qapalı Səhmdar Cəmiyyəti “Azərtütün” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib.
Müsabiqə qalibi ilə 25 noyabr 2021-ci il tarixində imzalanmış alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, investor dövlət büdcəsinə 6.400.000 manat məbləğində pul vəsaitinin köçürülməsini, ümumi həcmi 8.200.000 manat təşkil edən İnvestisiya Proqramının icrasını, habelə müəssisənin kreditor borclarının ödənilməsinin təmin edilməsini üzərinə götürüb.
İnvestisiya Proqramına əsasən, müəssisədə mövcud istehsal avadanlıqlarının təmiri, istehsal xətti üçün tələb olunan əlavə avadanlıq və hissələrin alınması, laboratoriya avadanlıqlarının yenilənməsi, tütün emalı zavodu və tütün qəbulu məntəqələrində təmir-tikinti işlərinin aparılması, dövriyyə kapitalına investisiya qoyuluşu nəzərdə tutulur.
Müsabiqə qalibi tərəfindən investisiyaların 1 il ərzində yatırılması, müəssisədə 130 nəfərdən az olmayan daimi və mövsümi iş yerinin yaradılması planlaşdırılır.
Beləliklə, dövlət müəssisəsinin özəlləşdirilməsi ölkəmizdə tütünçülüyün inkişafına dövlət dəstəyi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, tütün istehsalına marağın artırılması istiqamətində növbəti addım olacaqdır".
Xəstənin lüt görüntüləri və... - "Cərrah" danışdı + VİDEO
ŞAHİN BABAYEV DAHA BİR VƏZİFƏYƏ TƏYİN OLUNDU - Vüqar Mirzəzadə ilə Toğrul Quluzadə isə...
Dövlət qulluğuna qəbul üçün test imtahanına qeydiyyat başlayıb
Ağdam sakini 58 kq narkotiklə tutulub
"Bayer Leverkuzen" fransalı müdafiəçi ilə müqavilə imzaladı
"İnter" hücumçusunu satır
"Trabzonspor" "PSJ"nin yarımmüdafiəçisi ilə maraqlanır
Baş Prokurorluq Laçında beynəlxalq konfrans keçirir
"Beşiktaş" klubu iki oyunçunu "qaraladı"
"Fənərbağça" Edson Alvarezi transfer edir
"Barselona" oyunçusu ilə müqaviləni uzadıb
Əbülfəz Elçibəyin vəfatından 25 il ötür
Azərbaycan nefti bahalaşıb
"Gaziantep FK" müdafiəçi transfer edib
"Trabzonspor" yeni transferiylə bağlı açıqlama yayıb
İndi ac olanlara kişi deyən tapılmır... - Təbriz VƏFALI YAZIR
"Paris FK" 35 yaşlı qapıçını heyətinə qatıb
İŞIQ və QAZ PULU.. - Sabit tariflər necə və nə vaxtdan hesablanacaq?
Netanyahu: "HƏMAS atəşkəs razılaşmasını qəbul etsə belə, Qəzzanı nəzarətimizə götürəcəyik"
"Qalatasaray" Viktor Nelssonu icarəyə verib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mərkəzi Bankın ehtiyatı artıb - 2.1 milyard dollardan çox
Prezident İlham Əliyev Ağdərədə - "Allah o yumruğunuzu çox möhkəm eləsin" - FOTOLAR (Yenilənib)
Xankəndi sakini Bakıda ermənilərin məhkəməsində elə faktları sadaladı ki... - "Ərimin başını kəsdilər" - "Cəlil kişinin hamilə gəlininin isə..."
“Azərsun Holdinq“in daha bir şirkətinin borcu çıxdı - FOTOLAR
AFFA rəsmiləri növbəti təyinat alıblar
Siyəzən rayonunda zəlzələ olub
Təhlükəsizlik Xidmətinə rəis təyinatı oldu
Partiya sədri: "Tikintiyə bu qədər orqan nəzarət edir, amma..." - "Nəyin müqabilində bu qanunsuzluğa göz yubublar?"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ölkədə internet problemi niyə yarandı? - "Delta Telekom"a genişmiqyaslı kiberhücum olub
"Aztelekom" internet problemi ilə bağlı məlumat yaydı
Gəncədə dəmir konstruksiya aşdı - 3 nəfər xəsaərt aldı - FOTOLAR
"Konyaspor" Cekson Muleka ilə müqavilə imzaladı
"Roma" sağ cinah hücumçusunu icarəyə götürüb
Müğənni Rəqsanə İsmayılovaya "yox" dedi - Azı 4 ay həbsdəq alacaq
Ole Qunnar Solskjaer: "Bu həftə diqqətimiz Avropadadır"
Abşeronda ər arvadını öldürüb - Daha sonra isə öz canına qıyıb
"Bornmut" Amine Adli ilə bağlı məlumat yayıb
Serdal Adalı: "Lazımlı transferləri edəcəyik"
İXTİSAS SEÇİMİ: nəticələr nə vaxt elan olunacaq? - AÇIQLAMA