Xalq artistinin səhhətində problemlər yaranıb: "Reanimasiyaya yerləşdirilibsə..." (Yenilənib)

img

30-11-2021 [10:28]


Koronavirusa yoluxan Azərbaycanın Xalq artisti Eldost Bayramın son durumu açıqlanıb.

Sənətçinin həyat yoldaşı Minarə Bayram bildirib ki, diktor Zığ qəsəbəsindəki modul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

"Eldost Bayram 20 gün bundan əvvəl koronavirusa yoluxmuşdu, bir həftə evdə müalicə aldı, sonra Zığ qəsəbəsindəki modul tipli xəstəxanaya yerləşdirdik. Dünənə kimi palatada müalicə alırdı. Vəziyyəti ağırlaşdığına görə reanimasiyaya yerləşdirilib. Həkimlər mənə deyir ki, saturasiyası, təzyiqi, temperaturu normaldır. Amma noyabrın 26-dan mən onunla telefonla danışa bilmirəm. Həkimlər deyir ki, danışmağa halı yoxdur", - o bildirib.

M.Bayram qeyd edib ki, həyat yoldaşı koronavirusdan sağalıb və testinin nəticəsi neqativ çıxıb: “Sağolsunlar virusdan sağaldıblar. Əziyyətlərini itirə bilmərəm. Amma dünən reanimasiyaya yerləşdirilibsə, demək, başqa problemləri var”.

Zığ Modul Tipli Xəstəxanasından isə “Report”a bildirilib ki, diktor hazırda oksigen maskasındadır.

"Arterial təzyiqi 115-in 77-yə, nəbzi 108, saturasiyası isə 91, şəkəri 142-dir. Huşu aydındır. Vəziyəti ağır kimi qiymətləndirilir”, - xəstəxanadan bildirilib. 

Qeyd edək ki, Xalq artisti E.Bayram 1947-ci ildə anadan olub. 

***

Azərbaycanın Xalq artisti, məşhur diktor Eldost Bayramın səhhətində problemlər yaranıb.

Bu barədə onun dostları məlumat yayıb.

Məlumata görə, E.Bayram Zığ qəsəbəsindəki modul tipli xəstəxanana aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Xalq artıstinin koronavirusa yoluxduğu bildirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR