Baydenin müaşviri: ""Omikron"un geniş yayılacağına şübhə doğurmur"

img

29-11-2021 [19:35]


ABŞ-da koronavirusun "Omikron" ştamına yoluxma halları hələlik məlum olmasa da, onun yayılması labüddür.

Bunu ABŞ Prezidentinin baş tibbi müşaviri, Milli Allergiya və Yoluxucu Xəstəlikləri İnstitutunun (NIAID) direktoru Antoni Fauçi bildirib.

“Molekul xassələrinin yüksək yoluxma gücü ştamın geniş yayılacağına şübhə doğurmur. Əlbəttə, hələlik onunla bağlı biliklərimiz azdır, amma fikrimcə, qarşıdakı bir-iki həftəyə çox şey aydınlaşar”, - ekspert qeyd edib.

Xatırladaq ki, Afrikanın cənub regionunda üzə çıxmış B.1.1.529 və rəsmi olaraq “Omikron” yunan hərfi nişanı verilmiş yeni ştam bir çox mutasiyaya və yüksək yoluxma gücünə malikdir/Reprot.


Digər xəbərlər
SON XƏBƏRLƏR