Ümumdünya Qış Universiadası ləğv edilib - Səbəb

img

29-11-2021 [17:39]


2021-ci ildə İsveçrənin Luzern şəhərində keçirilməsi planlaşdırılan Ümumdünya Qış Universiadası ləğv edilib.

Buna koronavirusun yeni növ “Omikron” ştamının ortaya çıxması səbəb olub.

Qərar İsveçrə hakimiyyətinin Afrika ölkələrindən gələn səyahətçilər üçün məcburi 10 günlük karantin tətbiq etmək tələbi ilə bağlıdır.

“Omikron” Cənubi Afrikada meydana çıxıb. Hələlik yeni virus haqqında çox şey məlum deyil.

Qeyd edək ki, Ümumdünya Qış Universiadası 11 - 21 dekabrda təşkil olunmalı idi/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR