İKİ NAZİR MÜAVİNİ VƏZİFƏDƏN ÇIXARILDI - Prezident iki xanıma yüksək vəzifə verdi (FOTO)

img

29-11-2021 [17:20]


Azərbaycan Respublikasının gənclər və idman nazirinə yeni müavinlər təyin edilib

Nazirliyin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli Sərəncamları ilə İntiqam Vaqif oğlu Babayev və İsmayıl Sultan oğlu İsmayılov Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsindən azad ediliblər.

Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli, digər Sərəncamları ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifələrinə təyin ediliblər.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR