Portuqaliya klubunun 13 futbolçusunda "Omikron" ştamı aşkarlanıb

img

29-11-2021 [14:52]


Portuqaliyanın "Belenenseş" klubunun 13 futbolçusu koronavirusun yeni növ “Omikron” ştamına yoluxub.

Milli Sağlamlıq İnstitutu xəbər verir ki, oyunçuların testləri müsbət çıxıb. Bu, Portuqaliyada yeni ştamla ilk yoluxma hadisəsidir.

“Omikron” Cənubi Afrikada meydana çıxıb. Hələlik yeni virus haqqında çox şey məlum deyil.

Qeyd edək kİ, "Belenenseş" klubu koronavirusa kütləvi yoluxma səbəbindən evdə "Benfika"ya qarşı matça cəmi 9 futbolçu ilə çıxıb. Görüşün ilk hissəsi qonaqların 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahibləri əvvəlcə ikinci hissəni oynamaq istəməyiblər. Yalnız baş hakimin təkidindən sonra komanda 7 nəfərlə meydana qayıdıb. Amma 46-cı dəqiqədə futbolçulardan biri yerə uzanaraq, zədələndiyini bildirib. "Belenenseş"in heyətində oyunçu sayı 7-dən az olduğu üçün referi görüşü vaxtından əvvəl başa çatdırıb.

"Belenenseş"in baş məşqçisi və onun köməkçiləri, həmçinin klubun 2 əməkdaşında da koronavirus aşkarlanıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR