Aclıq aksiyası keçirən sabiq icra başçısı azadlığa buraxılacaq? - Deputat anons verdi
29-11-2021 [14:40]
Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, deputat Zahid Oruc bir neçə gündür Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirən Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmovdan danışıb.
Mia.az-ın məlumatına görə, Z.Oruc “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Saleh Rüstəmovla bağlı müxtəlif təşkilatlardan - 3-cü sektor təmsilçilərindən müraciətlər alıb:
"Onun ətrafında gedən kampaniyanın ölkə xaricinə çıxarılması və ölkəmizin əleyhinə son həftələrdə daha da intensivliklə aparıldığını yaxşı görürük. Bir sıra əcnəbi media platformaları, sosial şəbəkələr hakimiyyətin həyata keçirdiyi hüquqi tədbirləri, əfv və amnistiya qərarlarını belə hadisələr vasitəsilə təsirsiz etməyə, Vətən müharibəsindən sonrakı gündəliyi dəyişdirməyə, Azərbaycanın beynəlxalq hesabatlardakı tənqidini daha da kəskinləşdirməyə çalışırlar. Halbuki istənilən şəxslə bağlı həm hüquq-mühafizə və məhkəmə orqanları, eləcə də müvafiq hakimiyyət təmsilçiləri ilə görüşmək, danışmaq olardı.
Saleh Rüstəmovun aclıq aksiyası təəssüf doğurur və onun özünə qarşı belə qəddar hərəkətini kənardan daha çox stimullaşdıranlar bir şəxsin iztirabı hesabına siyasi istismarçılıq edirlər. Hərçənd onun əməli dövlət və şəxsiyyət əleyhinə olmadığından hazırda Zəfər amnistiyasının yaşadığımız günlərdə sözügedən şəxsə də şamil olunması ilə bağlı müvafiq dövlət qurumları ilə danışmaq olardı.
Komitə sədri kimi bizə edilən müraciətlər çərçivəsində belə müzakirələri aparacağıq. Bizim üçün ən əhəmiyyətli məsələ fərdi məsələlərin ölkə sərhədlərindən kənarda müzakirə edilməməsi, xarici təzyiq silahına çevrilməməsidir".
Qeyd edək ki, Saleh Rüstəmov I Qarabağ Müharibəsinin iştirakçısı olub. Gədəbəy rayonunun erməni təcavüzkarlarından təmizlənməsində və uğurlu Başkənd əməliyyatında fəal iştirak edib. Bir müddətdir Rusiyada yaşayan S.Rüstəmov 2018-ci ildə Bakıya gələn zaman həbs edilib və narkotik maddələri saxlamaqda ittiham edilib. Sonradan cinayət işinə əlavə edilən başqa ittihamlara əsasən S. Rüstəmov Rusiyada qeyri-qanuni sahibkarlıqla məşğul olub, gəlirlərini dövlətdən gizlədib.
Xatırladaq ki, 10 gün qabaq bir qrup QHT və media rəhbərləri, hüquq müdafiəçiləri Saleh Rüstəmovla bağlı Prezidentə müraciət ediblər. Qeyd olunub ki, onun səhhətində ciddi problemlər yaranıb. Onlar dövlət başçısından S.Rüstəmovun cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi ilə bağlı xahiş ediblər.
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb