Medianın İnkişafı Agentliyi “Sərhədsiz Reportyorlar” təşkilatına etiraz məktubu göndərdi - Səbəb
29-11-2021 [14:09]
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi “Sərhədsiz Reportyorlar” təşkilatına məktub ünvanlayıb.
Mia.az xəbər verir ki, bu barədə MEDAİ məlumat yayıb.
Bildirilib ki, adıçəkilən təşkilatın rəsmi veb-saytında (https://rsf.org/en/azerbaijan) iki nəfər jurnalistin Azərbaycanda qətlə yetirilməsi barədə məlumat yerləşdirilib, lakin hadisənin hansı səbəbdən baş verməsi və əsl mahiyyəti açıqlanmayıb. Məktubda bu halın qeyri-obyektiv nəticələrin meydana çıxmasına zəmin yaratdığı vurğulanaraq bildirilib: "Həmin məlumat təhrif olunub və qərəzli şəkildə Azərbaycanın əleyhinə istifadə edilir. Ermənistanın 30 il ərzində işğal altında saxladığı ərazilərdə hazırkı vəziyyəti işıqlandıran azərbaycanlı jurnalistlərin həlak olmasının məsuliyyətini Azərbaycanın üzərinə qoymaq cəhdi yolverilməzdir və əsassız yanaşmaların formalaşmasına zəmin yaratmaqdan başqa bir şey deyil".
Məktubda o da vurğulanıb ki, 2021-ci ilin iyun ayının 4-də AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac Abışov Ermənistanın 30 illik işğalından azad olunmuş Azərbaycan Respublikasının ərazilərində öz vəzifə borclarını yerinə yetirərkən Kəlbəcər rayonunun Susuzluq kəndində ermənilərin yolun hərəkət istiqamətində yerləşdirdiyi minaya düşərək şəhid olublar. Onlara olan dərin ehtiram və minnətdarlığın ifadəsi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş bir qrup şəxsin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında" sərəncam imzalamışdır.
Qeyd olunub ki, 2021-ci ilin iyun ayının 9-da Medianın İnkişafı Agentliyi tərəfindən baş vermiş hadisəyə dair "Sərhədsiz Reportyorlara" bəyanat göndərib. Göndərilən bəyanatda insident barədə ətraflı məlumat verilmiş və hadisənin dəqiq və qərəzsiz işıqlandırılmasında beynəlxalq vətəndaş cəmiyyəti təşkilatlarının dəstəyinə müraciət edilmişdir.
Məktubda bildirilib: "Biz bir daha sizə müraciət edərək, iki nəfər jurnalistin müharibənin bitməsindən 7 ay sonra Ermənistanın törətdiyi müharibə cinayətinin qurbanı olduqlarını və erməni hərbiçilərinin yerləşdirdikləri minaya düşərək həyatlarını itirdiklərini bildirir və bu faktı nəzərə almağınızda israr edirik".
Məktubda, həmçinin xəbər və məruzələrin hazırlanması zamanı Medianın İnkişafı Agentliyi də daxil olmaqla, çoxsaylı mənbələrdən istifadə edilməsinin onların dəqiqliyi, obyektivliyi və etibarlılığının artırılması baxımından xüsusi əhəmiyyət daşıdığı və ixtilafa yol açan halların aradan qaldırılmasında müstəsna rol oynayacağı diqqətə çatdırılıb.
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb
Azərbaycan nefti kəskin ucuzlaşıb