"Beşiktaş"ın baş məşqçisinin istefası qəbul olunmadı - Açıqlama (Yenilənib)

img

29-11-2021 [09:17]


"Beşiktaş" klubunun rəhbərliyi baş məşqçisi Sergen Yalçının istefasənə qəbul etməyib.

Mia.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin vitse-prezidenti Emre Kocadağ mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, zirvə toplantısından sonra 49 yaşlı mütəxəssislə yola davam edilməsi məqsədəuyğun sayılıb. İclasda Kocadağla yanaşı, "Beşiktaş"ın prezidenti Ahmet Nur Çebi və Sergen Yalçın da iştirak edib.

***

"Beşiktaş"ın baş məşqçisi Sergen Yalçın istefa verib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, son oyunlarda uğursuzluq zolağından komandasını çıxara bilməyən Sergen  istefa ərizəsini klub rəhbərliyinə təqdim edib.

Hələlik klub istefa iiə bağlı rəsmi mövqeyini açıqlaması da, iddialara görə isrefa qəbul olunmayacaq.

Qeyd edək ki, dünən "Beşiktaş" "Giresunspor"-a 4-0 hesabı ilə ağır məğıubiyyətə uğrayıb. Klub hazırda 20 xalla 10-cu yerdədir.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub