GUAM XİN başçılarının görüşü keçiriləcək

img

26-11-2021 [18:05]


GUAM təşkilatının Milli Koordinatorlar Şurasının videokonfrans formatında 57-ci toplantısı keçirilib.

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

Tədbirdə təşkilatın gündəliyində duran aktual məsələlər, həmçinin siyasi, parlamentlərarası, sahələrarası əməkdaşlıq və digər məsələlər müzakirə olunub. Tərəflər “GUAM+” çərçivəsində tərəfdaşlarla əməkdaşlığı müsbət qiymətləndiriblər və bu formatın daha da genişləndirilməsi perspektivləri diqqət mərkəzində olub.

Toplantıda ATƏT Xarici İşlər Nazirləri Şurasının Stokholmda planlaşdırılan iclası çərçivəsində GUAM XİN başçılarının toplantısının keçirilməsinin önəmi vurğulanıb.

Tərəflər regiondakı təhlükəsizlik vəziyyətini də nəzərdən keçiriblər.

Qeyd edək ki, ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası Stokholm şəhərində dekabrın 2-3-də keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR