Kemerovo vilayətində 3 gün matəm elan olunub

img

26-11-2021 [11:40]


Rusiyanın Kemerovo vilayətində “Listvyajnaya” daş kömür şaxtasında baş verən qəza nəticəsində ölənlərin xatirəsinə noyabrın 26-28-də matəm elan edilib.

Bu barədə "RİA Novosti” bildirib ki, Kemerovo vilayətinin Belovo rayonunda “Listvyajnaya” şaxtasında baş verən qəza nəticəsində ilkin məlumata görə 49-u mədən işçisi, 3-ü xilasedici olmaqla 51 nəfər ölüb, 63 nəfər yaralanıb. Hadisə zamanı şaxtada 285 nəfər olub.

Rusiya föqəladə hallar naziri vəzifəsini müvəqqəti icra edən Aleksandr Çupriyan yaralıların yerləşdiyi xəstəxanaya baş çəkib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq