Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

img

26-11-2021 [00:12]


Qoç - həm uğurlu, həm də maraqlı gündür. Üstəlik, o, romantik tonlarla bəzənə bilər. Bəzən işləriniz gətirəcək, bəzən isə fenomenal şəkildə gətirəcək. Sanki, heç nə etməyə ehtiyac yoxdur: həyat, onsuz da, sizə rifah gətirəcək.
Sizin şən və nikbin ovqıtınız mənfi xarici təsirlərdən qoruyan qalxana çevriləcək. Bir çox Qoçlar bu gün sərfəli sövdələşmələrə gedəcək, maraqlı iş təklifləri alacaqlar.

Buğa - Peşə sahəsindəki fikir ayrılıqlarına sakit yanaşın. Bu gün onlar yalnız normal iş prosesinin bir hissəsidir. Hətta rəhbərliklə də hansısa uzağa gedən nəticələr olmadan ürəklə mübahisə etmək olar.
Şəxsi həyatda isə mənfi tendensiyalar üstünlük təşkil edir. Ona görə də ehtiyatlılıq pis olmazdı. Vədlər vermək, reallaşması çətin olan hansısa planları müzakirə etmək məsləhət deyil. Əmin olmadığınız şeyləri dilə gətirməyin: sözlərinizdən sizə qarşı istifadə edə bilərlər.

Əkizlər - yeni şeyləri o qədər tez öyrənirsiniz ki, artıq günün ortasında hansısa sahədə professor ola bilərsiniz. Əlbəttə, bu, mübaliğədir, amma bir az. Gün istənilən iş üçün münasibdir. Bu işlərdə yaradıcılıq nə qədər çox olsa, bir o qədər yaxşıdır. Yeni müttəfiqlərlə əməkdaşlığa başlamaq olar. İlk uğurları çox gözləmək lazım gəlməyəcək.
İxtiraçılığı təkcə işdə yox, həm də şəxsi münasibətlərdə nümayiş etdirəcəksiniz. Bu, yəqin ki, yeni təəssürat çatışmazlığı hiss edən yaxınlarınızı sevindirəcək. Gün ailə əlaqələrinin möhkəmləndirilməsi üçün əlverişlidir.

Xərçəng - ulduzlar sizin küçədə bayram vəd edir. Bəxtiniz gətirəcək. Ağlınıza belə gətirmədiyiniz görüşlər, təkliflər və təsadüflər mümkündür. Şansınızı əldən verməyin, qətiyyətli olun və seçdiyiniz yoldan sapmayın. Yadda saxlayın: nə qədər çox inad göstərsəniz, nəticə bir o qədər yaxşı olacaq.
Həm şəxsi, həm də iş görüşləri məhz istədiyiniz kimi keçəcək. Bu gün istənilən məclisə ilham verməyə, təsadüfi tanışın ürəyini qazanmağa, ürəklərin buzunu əritməyə qadirsiniz. Münasib məqamdan arzularınızı həyata keçirmək üçün istifadə edin.

Şir - diqqət cəmləşdirməyi tələb etməyən müşğuliyyətlər üçün pis gün deyil. Əgər iş masanızın üstündə kağızların yerini dəyişdirmək üçün bir neçə saat ayıra bilsəniz, məhz bununla məşğul olun. Həm artıq yükdən qaçın, həm də fikirlərinizi qaydasına salın. İşlə bağlı yeni ideyalar axşama doğru yaranacaq. Amma onlar sizə göründüyü qədər də yaxşı olmayacaq.
Əyləncə və istirahətlə bağlı maraqlı təkliflər alacaqsınız. Darıxmaq lazım gəlməyəcək. Görüşlər romantiklikdən daha çox şən keçəcək. Amma yəqin ki, bu, sizi məyus etməyəcək.

Qız - yalnız xırda xoşagəlməzliklər və gözlənilməz təsadüflər ola bilər. Ən əsası, gün istədiyiniz kimi keçməsə belə, əl-qolunuzu soyutmamaqdır. Bu gün həyasızlıq yox, inadkarlıq nəticə verəcək.
Yaxınınız həvəslə sizin həm çətinliklərinizi, həm də sevincinizi bölüşəcək. Şəxsi problemlər gözlədiyinizdən də asanlıqla həll olunacaq. Çox şeyə aydınlıq gələcək, xeyli vaxtdır sizi narahat edən sualların cavabını tapmaq şansı var.

Tərəzi - istənilən iş üçün münasib olan neytral gündür. Sadəcə olaraq, bu işə ağılla girişmək lazımdır. Məqsədə çatmaq üçün hansısa yeni üsulları sınamaq olar: yəqin ki, onlar köhnələrdən maraqlı olacaqlar. Görüşləri günün ikinci yarısına təyin etmək məsləhət görülür. Çünki bu vaxt sizin üçün inandırıcı və əsaslı danışmaq daha asan olacaq.

Bəzən yaxınlarınızla fikir ayrılıqları yaranacaq. Amma yumor hissi və anadangəlmə mehribanlıq sizə incikliklərə imkan verməməkdə kömək edəcək. Uşaqlarla dil tapmaq asan olacaq.

Əqrəb - birmənalı olmayan və dolaşıq vəziyyət yaranacaq. Ondan baş çıxarmaq gözlədiyinizdən də çətin olacaq. Ziddiyyətli məlumat alacaqsınız. Sizə faktları təhlil emək və düzgün nəticə çıxarmaq üçün vaxt lazımdır. Köhnə işgüzar müttəfiqləriniz ümidlərinizi doğrultmayacaq. Yenilər isə özlərini yaxşı mənada göstərəcəklər.
Siz həm yeni ideyalar, həm də yeni adamlara asanlıqla məftun olur, başınızı itirir və ehtiyatı unudursunuz. Düşünülməmiş addımlar mümkündür. Bəzi Əqrəblər yaxın adamlarına verdikləri vədləri emosiyaların təsiri altında unuda bilərlər.

Oxatan - Tikinti işlərinə başlamaq, ölkədə və ya xaricdə daşınmaz əmlak almaq üçün münasib gündür. Bütün "hə" və "yox"ları götür-qoy etsəniz, bu gün əldə edilən sövdələşmələr faydalı olacaq.
İlk növbədə, şəxsi həyatda xoşbəxtliyə can atanlar üçün bu gün bir qədər pis olacaq. Bu sahədə uğur əldə etmək çətindir. Ailədə fikir ayrılıqları mümkündür.

Oğlaq - gün sürprizlər vəd etmir. Amma hadisələrin inkişafı əlverişli olacaq. Şəraitə tez uyğunlaşa biləcək, düzgün qərarlar qəbul edəcəksiniz. Bundan sonra yalnız onları mümkün qədər tez həyata keçirmək qalır. Lazım olan anda kömək almaqda çətinlik çəkməyəcəksiniz: həmkarlarınız və dostlarınız yaxşı məsləhətlər verəcəklər.
Günün ikinci yarısı səhhətinizlə bağlı problemlər yarana bilər. Artıq yükdən uzaq durmaq tövsiyə edilir. Kosmetika və parfümeriya seçimində ehtiyatlı olun - allergiya ehtimalı yüksəkdir.

Dolça - çox şey barədə düşünmək lazım gələcək. Problem və çətinliklər leysan kimi üstünüzə yağacaq. Düşünmək, ətrafa boylanmaq üçün vaxtınız olsa, onların hamısının öhdəsindən gələrsiniz. Amma təəssüf ki, vaxtınız, ümumiyyətlə, yoxdur. İşdə münaqişələr mümkündür. Aydınlaşacaq ki, tam inanmağa öyrəşdiyiniz adamlar da sizi başa düşmürlər.
Şəxsi xarakterli çətinliklər də yarana bilər. Münasibətləri dəyişməyin vaxtıdır. Amma siz hansı istiqamətdə hərəkət etmək brədə qərar qəbul edə bilmirsiniz.
 
Balıqlar - bu gün peşə sahəsindəki çətinliklərlə yadda qalacaq. Xüsusilə, rəhbərliklə ciddi fikir ayrılıqları yarana bilər. Siz bundan sonra nə etmək - kompromis, yoxsa yeni iş yeri axtarmaq barədə düşünməyə başlayacaqsınız. Hansı qərarı qəbul etməyinizdən asılı olmayaraq şübhə etməyin ki, bundan sonra hər şey yaxşılığa doğru dəyişəcək.
Səfərlər pis keçməyəcək. Qeyri-adi və maraqlı insanlarla tanışlıq mümkündür. Qarşılıqlı rəğbət yaranacaq. Amma çətin ki, bu, ciddi hislərin başlanğıcı ola. Bir az pul gəliri ola bilər.

Milli.Az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı