Prokurorluq: "Sumqayıtda polis əməkdaşının ölümü ilə bağlı araşdırmalar aparılır"

img

25-11-2021 [14:00]


Sumqayıt Şəhər Prokurorluğunda polis əməkdaşı Rahib Mütəllimovun ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölümü ilə bağlı araşdırmalar aparılır.

Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edək ki, Sumqayıt Şəhər Mühafizə İdarəsinin polis baş serjantı R.Mütəllimov xidmətdə olarkən ona təhkim olunan xidməti silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb. Xəsarət alan R.Mütəllimov hadisə yerində ölüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR