Kamran Əliyev İstanbulun Baş prokuroru ilə Şuşa və Füzuliyə gedib - FOTOLAR
GÜNDƏM
25.11.2021, 11:23
Türkiyənin İstanbul şəhər Baş prokuroru Şaban Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlib.
Mia.az prokurorluğa istinadla xəbər verir ki, noyabrın 24-də nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş Füzuli rayonuna səfər ediblər.
Qonaqlar ilk öncə İkinci Qarabağ müharibəsində Qələbəmizin daha bir rəmzi hesab edilən Azərbaycan Ordusunun çətin relyef şəraitində irəlilədiyi Zəfər yolu ilə tanış olub, türk şirkətlərinin də inşasında yaxından iştirak etdiyi yolun strateji əhəmiyyəti qeyd ediblər.
Daha sonra, nümayəndə heyəti “Qarabağın hava qapısı” hesab olunan Füzuli Beynəlxalq Hava Limanı ilə yaxından tanış olub, qonaqlara bütün müasir tələblərə cavab verən aeroportda yaradılan şərait barədə geniş məlumat verilmişdir.
Qonaqlar həmçinin, Füzuli şəhərinin təməl daşının qoyulduğu ərazi ilə tanış olmuş, aparılan abadlıq-quruculuq işlərinin əsas hədəfinin “Böyük Qayıdış”a hazırlaşan ərazilərdə keçmiş məcburi köçkünlər üçün yüksək yaşayış şəraitinin yaradılması diqqətə çatdırılmışdır.
İşğala qədər Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən biri olan Füzulidə ermənilərin yaşayış məntəqələrini, qəbiristanlıqları, tarixi, mədəni abidələri vəhşicəsinə dağıtdıqları, salamat tikili saxlamadıqları qeyd edilmişdir.
Qonaqlar yol boyu düşmənin viran qoyduğu məkanların, insanlığı dəhşətə gətirən erməni vandalizminin şahidi olmuşlar.
Daha sonra nümayəndə heyəti Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər etmişdir.
Qonaqlara Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı sayəsində işğaldan azad edilmiş mədəniyyət beşiyimiz Şuşa şəhərində dövlət başçısının tapşırığı ilə həyata keçirilən genişmiqyaslı təmir-bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verilmişdir.
Bildirilib ki, müstəsna mənəvi dəyərə malik olması səbəbindən Şuşada aparılan yenidənqurma işlərinə xüsusi qayğı və həssaslıqla yanaşılmış, qısa zaman kəsiyində şəhər ərazisində zəruri infrastruktur layihələri icra edilməklə yanaşı tarixi, mədəni və dini abidələrin bərpası istiqamətində işlər aparılmışdır.
Qonaqlar ilk öncə Ümummilli Lider Heydər Əliyevin müdaxiləsi ilə qorunub saxlanmış, erməni vandalizminin vəhşi xislətinin daha bir sübutu olan görkəmli sənət xadimləri – Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini ziyarət etmişlər.
Daha sonra, qonaqlar iki qardaş ölkə üçün mühüm tarixi əhəmiyyətə malik Şuşa Bəyannaməsinin imzalandığı ərazidə olmuşlar.
Cıdır düzünü ziyarət edən qonaqlara heyrətamiz mənzərəyə malik ərazinin şuşalıların və Şuşaya təşrif buyuran qonaqların ən sevimli məkanı, çövkən oyunları, Novruz və digər el şənliklərinin keçirildiyi seyrəngahı olduğu bildirilib.
Nümayəndə heyəti sonra bütün digər tarixi abidələrimiz kimi erməni vandalizminə məruz qalmış və işğal bitdikdən sonra ölkə başçısının rəhbərliyi ilə əvvəlki görkəmində tam bərpa edilmiş Vaqifin məqbərəsini, həmçinin tarixi Qala divarlarını, Yuxarı Gövhərağa məscidini, Azərbaycan vokal sənətinin banisi Bülbülün ev muzeyini ziyarət etmişlər.
Qonaqlar qısa vaxtda görülmüş genişmiqyaslı işlərin onlarda böyük təəssürat yaratdığını, Türkiyənin Vətən müharibəsində ölkəmizə göstərdiyi mənəvi-siyasi dəstəyin davamı olaraq quruculuq işlərində də qardaş ölkənin yaxından iştirakının önəmini vurğulamışlar.
İstanbul şəhər Baş prokuroru Şaban Yılmazın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri davam edir.


Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
"Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyində yoxlama - Materiallar prokurorluğa göndərildi
Bugün, 12:08 İQTİSADİYYAT
-
Afaq Bəşirqızı əməliyyat olunub
Bugün, 12:00 MƏDƏNİYYƏT
-
“Azercell” və AWS süni intellekt modellərinin öyrədilməsi platforması yaratdılar
Bugün, 11:56 İQTİSADİYYAT
-
Deputat: "Aqrar sığortaya əlavə vəsaitlər ayrılmalııdr, bu, vacibdir"
Bugün, 11:52 İQTİSADİYYAT
-
Deputat Milli Məclisdə: "Sürücülük hüququndan məhrum etmə həddinin 20 baldan 40-50 bala qaldırılması və..."
Bugün, 11:49 CƏMİYYƏT
-
Həqiqi hərbi və ya alternativ xidmətlə bağlı qanun dəyişdi - DETALLAR
Bugün, 11:47 CƏMİYYƏT
-
İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb
Bugün, 11:19 GÜNDƏM
-
"Azərişıq" ASC-də dərəbəylikdir - Dövlət Agentliyi sərt tədbirlərə "əl atdı"
Bugün, 11:16 GÜNDƏM
-
Donald Tramp: “Mən hər şeyi bir-bir etməyi sevirəm, İrandan sonra..."
Bugün, 11:08 GÜNDƏM
-
DEPUTATLAR TOPLANIR: 8 məsələ müzakirəyə çıxarılacaq - SİYAHI
Bugün, 11:02 GÜNDƏM
-
İkardi Türkiyədən ayrıldı – 25 çamadanla…
Bugün, 10:42 İDMAN
-
Anar Bağırov: "Azərbaycanda hüquqşünasların sayı kifayət qədər azdır"
Bugün, 10:40 CƏMİYYƏT
-
Aygün Şükürova: "Kənan MM heç vaxt qazancıma göz dikməyib"
Bugün, 10:34 ŞOU-BİZNES
-
"İnsanlar başı girməyən yerə bədənlərini soxmağı xoşlayır" - "Müğənnilərin yarım saatlıq toy qiymətlərindən heyrətə gəldim"
Bugün, 10:28 ŞOU-BİZNES
-
Türk siyasətində yeni siyasi güc.. – İstiqlal partiyası yaranır?
Bugün, 10:15 SİYASƏT
-
Prezident İlham Əliyev: "Bu qələbənin komanda idman növündə qazanılması ikiqat sevindiricidir"
Bugün, 10:01 GÜNDƏM
-
Azərbayca neftinin qiyməti 100 dollara düşdü
Bugün, 09:48 İQTİSADİYYAT
-
“Lotu Quli”nin yaxın adamını qətl işi... - “Yeraz Camal” kassasiya şikayətini geri götürdü
Bugün, 09:29 KRİMİNAL
-
"Həmin xəbər doğru deyil“ - Teymur bəy Aşurbəyovun mülkü barədə rəsmiməlumat yayıldı
Bugün, 09:19 MƏDƏNİYYƏT
-
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başlayıb
Bugün, 09:03 GÜNDƏM
-
Baltikyanı ölkələrdə gərginlik artır - Fransa və Rusiya hərbi təyyarələri üz-üzə gəldi
Bugün, 00:36 GÜNDƏM
-
Səhər “topa tutdu”, axşam səmimi salamlaşdı – MHP lideri ilə Özgür Özəl belə görüşdü (FOTO)
Bugün, 00:30 SİYASƏT
-
Ankara NATO-nun sammitinə hazırlaşır: kütləvi tədbirlər ləğv olunub, məmurlar məzuniyyətə göndərilir
Bugün, 00:09 DÜNYA
-
Özgür Özəllə Kılıçdaroğlu danışıqlara başladı – Deputatların vasitəçiliyi ilə
Bugün, 00:03 SİYASƏT
-
"Ulduz" jurnalının şöbə redaktoru Hicran Hüseynova vəfat edib
Bugün, 00:00 MƏDƏNİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 MƏDƏNİYYƏT
-
Azərbaycan millisi Avropa çempionu oldu
04.06.2026, 23:24 İDMAN
-
Putindən Azərbaycanla bağlı - AÇIQLAMA
04.06.2026, 22:27 GÜNDƏM
-
Mehdiyev ev dustağı, qohumları isə...
04.06.2026, 21:47 SİYASƏT
-
Ayxan Abbasov Qurban Qurbanovun qəzəbinə gələn futbolçudan danışdı: "O, Azərbaycan üçün vacib oyunçudur”
04.06.2026, 21:26 İDMAN
-
Bu məktəblərdə dərslər distant formada keçiriləcək - SİYAHI
04.06.2026, 20:55 GÜNDƏM
-
Polad Babayev BƏƏ-də tutulub
04.06.2026, 20:24 KRİMİNAL
-
"Azəriqaz"da dövlət içində dövlət?! - "Bir şöbənin yerinə iki departament, altı şöbə yaradılıb, ancaq..."
04.06.2026, 20:14 İQTİSADİYYAT
-
Özgür Özəl və daha 3 deputatın həbsinə hazırlıq gedir - İstintaq tamamlandı
04.06.2026, 19:59 SİYASƏT