Nazir: "2023-cü ildə Şuşa türk dünyasının paytaxtı elan olunacaq"

img

24-11-2021 [16:27]


"2023-cü ildə Şuşa türk dünyasının paytaxtı elan olunacaq".

Bunu mədəniyyət naziri Anar Kərimov "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib.

"Bu məlumat TÜRKSOY-un toplantısında elan olinacaqdı, amma mən qabaqlamaq istədim. Bütün türkdilli qardaşlarımızın iştirakı ilə tədbirlər keçkriləcək"- nazir qeyd edib/Report

Nazir deyib ki, biz Qarabağa yenidən yaratmaq, dirçəltmək, çiçəklənməni təmin etmək üçün qayıdırıq. Bunu sözdə yox, əməldə göstəririk: "Şuşada tarixi mədəni abidələr, məscidlər və kilsələr bərpa edilir. Bununla dünyaya bəyan edirik ki, Azərbaycan xalqı abidələri dağıtmır, əksinə etnik mənsubiyyətindən asılı olmayaraq orada bərpa işləri aparılır. Şuşada iki kilsə məscidlərlə bərabər bərpa ediləcək".

A.Kərimov bildirib ki, Azərbaycan işğaldan azad edilən ərazilərə sülhlə qayıdır: "Orada davamlı sülh olsun ki, davamlı inkişafı təmin edək, icmalararası əlaqə bərpa edilsin. Bunu o xalq edir ki, bütün bəlalara baxmayaraq, yenidən mədəniyyətlərin dirçəlməsindən danışır".

Nazirin sözlərinə görə, biz böyük qayıdışın başlanğıcındayıq: "Böyük Qayıdış da mədəniyyətlə başlayır".

O bildirib ki, mədəniyyət, mədəni irs xalqların kimliyini, tarixi yaddaşını əks etdirən fenomenlərdir: "Burada söhbət abidələrin fiziki mövcudluğundan yox, mənəvi yükündən gedir. Mədəni irs dəyərlərimizi göstərən əyani sübutdur. Mədəni irs işğal zamanı ermənilər tərəfindən amansızcasına dağıdılıb, məhv edilib, oğurlanıb. Məqsəd bizim oradakı minilliklərlə mövcud olmuş irsimizi dağıtmaq, yer üzündən silmək olub. Bu, mədəni soyqırımıdır, hümanitar hüquqa, konvensiyalara zidd hərəkətdir. 30 il ərzində erməni faşistləri Azərbaycan mədəniyyətinin izləri olan mədəni irsi silməklə məşğul olublar. Onlar məscidlərimizdə ev heyvanları, donuzlar saxlayıb, etik normalara zidd olan hərəkət ediblər. Bu çox davam etmədi. Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz Qarabağı düşmən tapdağından azad etdi".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq