Əməkdar artist: "Kaş ondan boşanardım, o zaman bəlkə məni belə yandırmazdı" 

img

24-11-2021 [15:58]


"Həyat yoldaşımdan sonra mahnı yazdırmamışam. Söz vermişəm, daha ağlamayacam. Deyirdim ki, kaş ondan boşanardım. Məni belə yandırmazdı".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülbahar Şükürlü "Günün sədası" verilişində deyib. Qarmon ifaçısı vəfat edən həyat yoldaşı Zahid bəydən danışıb. Onu itirməsindən danışan musiqiçi kövrəlib: 

"Hərdən deyəndə "güclü qadınsan", gülmək tutur məni. Onun yanında güclü idim, onsuz yox. Görünməyən tərəflərim var. Çox gücsüzəm.  Balıq sudan çıxır, yaşamır. Mən də sudan çıxmış kimiyəm. Əvvəl təsəlli istəmirdim, indi istəyirəm.

Hərdən deyirəm ki, çox üzlü adamam, yaşayıram. Zahid mənsiz yaşamazdı. Dözməzdi...".


Digər xəbərlər
SON XƏBƏRLƏR