Professor: "Elə yerlər var ki, sahildən bir kilometr, elə yerlər də var ki..." - Xəzərdə suyun səviyyəsi niyə enir?
CƏMİYYƏT
24.11.2021, 12:19
Xəzər dənizində suyun səviyyəsi aşağı düşüb. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, Xəzər dənizin Bakı və Sumqayıt sahillərində suyun geri çəkilməsi aydın müşahidə edilir. Bu, sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub.
Mia.az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru, professor Əmir Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Xəzər dənizi qapalı su hövzəsi olduğuna görə onun səviyyəsi həmişə dəyişir.
Ə.Əliyevin sözlərinə görə, dənizin səviyyəsinin aşağı düşməsinin səbəbi su balansının dəyişməsidir. Su balansını isə Xəzər dənizinə daxil olan sularla Xəzər dənizindən çıxan suların miqdarı müəyyənləşdirir:
"Xəzər dənizinə daxil olan sular əsasən çay sularıdır. Onların içərisində 85 faizi Volqa çayının suyudur. Volqa və Uralın gətirdiyi sular Xəzərə tökülən suların ümumilikdə 90 faizini təşkil edir. Xəzərdən gedən sular isə su buxarlanmasına sərf olunan sulardır. Son illər Xəzər dənizinə daxil olan çay suları azalıb".
Professor bildirib ki, Xəzərin su toplanma ərazisi olan hövzəsi var ki, dənizin öz sahəsindən təxminən 10 dəfə böyük olub 3,5 milyon kvadrat kilometr sahəni əhatə edir. Baş verən atmosfer prosesləri - siklon və antisiklonlar, böyük miqyaslı proseslər isə bu əraziyə yağıntılar gətirir: "Son beş ildə bu yağıntıların miqyası xeyli azalıb. Volqanın gətirdiyi suda 30 faiz azalma var. Xəzərin Azərbaycan ərazisində tökülən Kür çayı isə gətirilən suların 5-6 faizini təşkil edir ki, bu da o qədərr böyük rol oynamır".
Ə.Əliyev bildirib ki, Xəzərin səviyyəsi 2005-ci ildən bu günə qədər 1,5 metr enib. Bu isə Xəzərin sahil sahəsinin genişlənməsinə səbəb olub. Alimin sözlərinə görə, Xəzər dənizinin Azərbaycan ərazisində dənizin sahildən uzaqlaşdığı yerlərin məsafəsi fərqlidir:
"Elə yerlər var ki, Xəzər sahildən bir kilometr, elə yerlər də var ki, iki yüz metr uzaqlaşıb. Abşeron ərazisində, xüsusən də Abşeronun şimal hissəsi hesab olunan Sumqayıtda Xəzər sahildən 100, elə yer də var ki, 150 metr uzaqlaşıb. Bu da Xəzərin səviyyəsinin aşağı düşməsi ilə bağlıdır. Bundan başqa, Xəzərin səviyyəsi mövsümi amillərlə əlaqədar olaraq da enir. Ən çox enmə iyul ayında müşahidə olunur".
Mütəxəssis bildirib ki, proqnozlara görə, Xəzərin səviyyəsi enməkdə davam edəcək: "Xəzər iki yüz il ərzində qalxır, o qədər müddət ərzində də aşağı enir. İndi Xəzərin aşağı düşmə dövrüdür. Bu prosesin təxminən 2050-ci ilədək davam etməsi gözlənilir. Proqnozlara görə, Xəzərin səviyyəsinin indiki səviyyədən daha iki-üç metrədək aşağı düşməsi gözlənilir. 1977-ci ildə Xəzərin səviyyəsi indikindən 1 metr də aşağı idi. Bu faciəvi proses deyil".
Alim bildirib ki, aşağı düşmələr əsasən neft sənayesinə, balıqçılıq təsərrüfatına təsir edəcək.
Onun sözlərinə görə, Xəzərin səviyyəsinin qalxması da fəsadlara səbəb olur. O bildirb ki, 1977-ci ildən 1995-ci ilədək Xəzərin səviyyəsi 2,5 metr qalxıb. Bunun nəticəsində Azərbaycan ərazisində 50 min hektar sahə subasmaya məruz qalıb, büdcəyə 2 milyard ABŞ dolları ziyan dəyib. Mütəxəssis onu da bildirib ki, Xəzəryanı dövlətlər dənizin səviyyəsinin qalxması zamanı subasmaya görə 5 il ərzində 10 milyard ABŞ dolları ziyan çəkib.
Qeyd edək ki, Xəzər dənizinin səviyyəsi üzərində ilk instrumental müşahidələr 1837-ci ildən Bakıda aparılmağa başlanılıb. Çoxillik müşahidələr göstərir ki, dənizin səviyyəsi 3 dəfə kəskin surətdə dəyişib. 1929-1977-ci illərdə 3 metr aşağı düşüb, 1978-1995-ci illərdə isə 2,5 metr qalxıb. 1996-cı ildən başlayaraq bu günə qədər dənizin səviyyəsində yenidən enmə müşahidə edilir və enmə 1,5 metr təşkil edir. Hazırda dənizin səviyyəsi dünya okeanı səviyyəsindən -28,05 metr mütləq hündürlükdədir. İnstrumental müşahidə müddətində ən böyük dəyişkənlik səviyyəsi 1862-ci ildə (-24 m) qeydə alınıb və dəyişmə amplitudu 4 m təşkil edib. Son 500 ildə dənizin ən aşağı səviyyəsi 1977-ci ildə müşahidə olunub.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
UEFA Millətlər Liqası: Türkiyə uduzdu, azarkeşlər baş məşqçini istefaya çağırdı
Bugün, 00:40 İDMAN
-
RƏSMİ TEHRANDAN BƏYANAT: "Nüvə məsələsində güzəştə getməyimiz haqqında yayılan xəbər doğru deyil"
Bugün, 00:22 GÜNDƏM
-
Ərdoğan istefa verən müavininin görüş tələbinə "yox" deyib
Bugün, 00:05 SİYASƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 MƏDƏNİYYƏT
-
Türkiyədə balıqçılar köpəkbalığı tutublar
28.09.2026, 23:45 GÜNDƏM
-
Azərbaycan-İran Birgə Komissiyanın həmsədrləri bir araya gəldi - Nələr müzakirə olundu?
28.09.2026, 23:31 GÜNDƏM
-
Türkiyə kinosunun bir vaxtlar ən gözəl aktrisası idi... - FOTOLAR
28.09.2026, 23:19 MƏDƏNİYYƏT
-
Putini çətinə salan əməliyyat - 250 rus əsgəri əsir götürülüb
28.09.2026, 19:41 DÜNYA
-
Fatih Terimdən Vincenzo Montella haqqında - Açıqlama
28.09.2026, 19:33 İDMAN
-
İran Xarici işlər naziri ABŞ-da vasitəçilərlə görüşəcək
28.09.2026, 19:29 GÜNDƏM
-
Şuşada mina partladı: yaralı var
28.09.2026, 18:47 GÜNDƏM
-
ÜÇ RAYONA İCRA BAŞÇISI TƏYİN EDİLDİ - Sərəncamlar
28.09.2026, 18:27 GÜNDƏM
-
Milli Məclis bu memorandumu müzakirəyə çıxarır
28.09.2026, 18:01 GÜNDƏM
-
Hasil Abbasov Dövlət Məşğulluq Agentliyinin təcrübəli işçilərini öz kadrları ilə əvəzləyir (Yenilənib)
28.09.2026, 17:53 CƏMİYYƏT
-
"Azərbaycan əlverişli geosiyasi mövqeyi, zəngin təbii resursları və..." - Vüqar Rəhimzadə
28.09.2026, 17:46 SİYASƏT
-
Ərdoğan Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Baş nazirini qəbul edib
28.09.2026, 17:37 GÜNDƏM
-
İsrail ordusu Livanı bombalayıb
28.09.2026, 17:30 DÜNYA
-
Jurnalist Əvəz Zeynallı vəfat edib (Yenilənib)
28.09.2026, 17:24 PRESS
-
Kolleclərə boş qalan plan yerləri: qəbulun nəticələri elan olundu
28.09.2026, 17:15 GÜNDƏM
-
Vüsal Şilderin qətli üzrə məhkəmə işi: ittiham aktı elan olunub
28.09.2026, 17:03 KRİMİNAL
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
28.09.2026, 17:00 İQTİSADİYYAT
-
“Trendyol”un PR direktoru şirkətdən ayrılıb
28.09.2026, 16:55 İQTİSADİYYAT
-
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir!
28.09.2026, 16:48 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev Fərman imzaladı
28.09.2026, 16:27 GÜNDƏM
-
Naxçıvana təyyarə uçuşu yenə təxirə salındı
28.09.2026, 16:14 GÜNDƏM
-
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
28.09.2026, 15:48 GÜNDƏM
-
Ağsuda dağlıq ərazidə yanğın başlayıb - VİDEO
28.09.2026, 15:30 GÜNDƏM
-
Türkiyədə müəllim öldürüldü - Məktəbdə + FOTO
28.09.2026, 15:18 KRİMİNAL
-
Agentlik sədrinin müavini nazir müavini təyin olundu
28.09.2026, 15:09 GÜNDƏM
-
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
28.09.2026, 14:57 MƏDƏNİYYƏT
-
Yeni təhsil naziri kollektivə təqdim olunub
28.09.2026, 14:43 GÜNDƏM
-
"Lent.az" naziri "vurdu" - MƏKTƏBLƏRDƏ RÜSVAYÇILIQ DAVAM EDİR + VİDEO
28.09.2026, 14:34 CƏMİYYƏT
-
Ukraynada bir azərbaycanlı tələbə dron hücumunda həlak olub, biri isə yaralanıb - VİDEO (Yenilənib)
28.09.2026, 14:13 GÜNDƏM
-
Bakıda oğul öldürüldü - Anasının da meyiti tapıldı (Yenilənib)
28.09.2026, 14:00 CƏMİYYƏT