Məvacibin nə olduğunu bilməyən 4 fərqli ixtisas sahibi olan deputat və ya "220 manatlıq kirayə pulu" açıqlamasında buraxılan kobud səhvlər...
22-11-2021 [11:35]
Anar NİFƏTLİYEV
***
Üç gün öncə Milli Məclisdən ayda 220 manat kirayə haqqı alan deputatların siyahısı yayıldı. Report yaydı bu siyahını və bu agentliyin MM-dən götürdüyü məlumatı səhihliklə tirajladığına heç bir şübhə etmirəm.
Bu siyahıda adı çəkilən deputatlardan bəziləri artıq açıqlama verib: təsdiqləyən, evi olmadığını bildirən də var, fərqli yozumlarla vəziyyətdən çıxmağa çalışanı da.
Bir deputatın 220 manat kirayə puluna ehtiyacı olub-olmadığı tamamilə ayrı bir məsələdir. Əlbəttə, əgər həmin deputat məhz həmin məbləğə kirayədə qalarsa, problem yoxdur. Ancaq yaxşı bilirik ki, 220 manata olan kirayə mənzildə heç tələbə qala bilmir, o ki ola, deputat! Deputat ən pis halda daha şəraitli mənzildə qalır və belə mənzillərin də kirayə haqqı hər kəsə bəllidir. Deputat, məsələn, ayda min manat ödədiyi kirayə haqqının 220 manatını MM-dən alırsa, bu artıq əxlaq məsələsidir.Haqlı səbəbdən ciddi ictimai qınağa səbəb olan bu məsələ ilə bağlı bu gün Milli Məclisin üzvü Anar Məmmədov da açıqlama yayıb. Açıqlama Milli Məclisdən göndərilib və demək ki, deputat şəxsən baxıb, təsdiqləyib. Ona görə də heç bir yanlışlıqdan söhbət gedə bilməz.
Bəs, deputat nə ünvanlayıb mediaya?
“Məsələnin mənə heç bir aidiyyatı yoxdur. Son zamanlar bəzi saytların yaydığı və həqiqəti əks etdirməyən yazıları təəssüf doğurur. Çünki Bakıda ev kirayəsi üçün Milli Məclis tərəfindən hər hansı bir vəsait almağım barədə yayılan məlumatlar tamamilə əsassızdır və heç bir fakta söykənmir. Mən nə kirayə haqqı alıram, nə də ki, kirayədə qalıram. İndiyədək də kirayə pulu ilə bağlı müraciət etməmişəm və heç bir məvacib də ödənilməyib”.
Anar Məmmədov media mənsublarına da səslənərək bildirib ki, mənim mətbuat nümayəndələrinə çox böyük hörmətim var, lakin hörmətli media nümayəndələrinə araşdırılmamış və reallığı əks etdirməyən yazılar dərc etməmələrini tövsiyə edərdim.
Anar Məmmədov gəncdir, 1984-cü il təvəllüdlüdür, 3 dil bilir, tam 4 ali təhsil alıb: Azərbaycan Texniki Universiteti (Nəqliyyat fakültəsi) və BDU-nun Hüquq fakültəsini (2005-2010) bitirib, daha sonra 2014-cü ildə Taras Şevçenko adına KMU-nun aspiranturasına daxil olub, 2017-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinə qəbul olunub…
Qəbr evinə qədər oxumaq lazımdır. Ancaq başa düşmürəm, ikinci təhsili niyə 5 il alırdı ki? Nəqliyyatçı, hüquqşünas, aspirantura, sonra da memar… Fərqli ixtisaslarla insan nəyə nail olmaq istəyir? 2014-cü ildə Ukraynada aspiranturaya girəndən sonra 2017-ci ildə ölkədə Memarlıq və İnşaat Universitetinə daxil olmağın nə adı var?
Bu gənc deputat mütləq bu həyatdan nə istədiyini bilməlidir, belə olmaz. Nə istədiyini bilməməsinin səbəbi isə bugünkü açıqlamasıdır.
Əvvəla, “məsələnin mənə heç bir aidiyyatı” yox, “aidiyyəti” olar – 3 ali təhsil alıb, aspirantura bitirən şəxs gərək bunu biləydi.
İkincisi, bu məlumat Milli Məclisdən götürülüb, əgər hər hansı yanlış olsaydı, Milli Məclis özü bu məlumatı təkzib edərdi.
Aradan 3 gün keçib və Milli Məclis bütün mediada tirajlanan məlumatı rəsmən təkzib etməyibsə, məsələ aydındır!
Üçüncüsü: “Mən nə kirayə haqqı alıram, nə də ki, kirayədə qalıram. İndiyədək də kirayə pulu ilə bağlı müraciət etməmişəm və heç bir məvacib də ödənilməyib” – yazıb deputat.
Gənc deputat, sizə tövsiyə vermirəm, məhz öyrədirəm: Siz bilirsinizmi ki, “məvacib” nə deməkdir? Məvacib – maaş, əmək haqqı deməkdir, anladınızmı? Siz necə “heç bir məvacib ödənilməyib” yaza bilərsiniz? Bu məntiq və düşüncə ilə qanunların qəbulunda iştirak edirsinizsə, vay bizim halımıza!
Yayılan məlumatda sizin məvacib alıb-almamağınızdan yox, kirayə haqqı üçün 220 manat “əlavə ödənişdən” söhbət gedir.
Dördüncüsü, yazırsınız: “Mənim mətbuat nümayəndələrinə çox böyük hörmətim var, lakin hörmətli media nümayəndələrinə araşdırılmamış və reallığı əks etdirməyən yazılar dərc etməmələrini tövsiyə edərdim”.
Bu, “araşdırılmamış yazı” deyil, MM-ə istinadla yayılan xəbərdir. Xəbər, xə-bər! Siz hələ “xəbər”lə “yazı”nı ayıra bilmirsiniz?
İradınız varsa, MM-ə müraciət edin, MM rəsmi şəkildə təkzib yaysın və sizə 220 manat əlavə kirayə haqqı ödənilmədiyini rəsmən elan etsin!
Siz, ümumiyyətlə, “tövsiyə” sözünün mənasını başa düşürsünüzmü?
Mən sizdən fərqli olaraq, 4 müxtəlif, həftəbecər ixtisasa yiyələnməmişəm, bir ixtisasım və az qala sizin yaşınıza çatan media təcrübəm var. Siz hansı kriteriyalarla mənə tövsiyə verirsiniz? Yazdığınız 4 cümlədə üslub və məntiqdən tutmuş hüquqi və siyasi səhvlərə qədər, yığıb-yığışdırılması mümkün olmayan səhvlərlə mənə məsləhət verirsiniz?
Sizin yaşınız, başınız, məntiqiniz buna çatırmı?
Hörmətli gənc deputat! Sizə bu iradımız bəzi rəsmi qurumların mətbuat xidmətlərinə təsadüfi düşən şəxslərə də aiddir. Hər yerindən duran mediaya tövsiyə verib, xəbərdarlıq edə bilməz ki!
Dünyanın heç bir normal ölkəsində rəsmi şəxslər, deputatlar, dövlət qurumlarının mətbuat xidmətləri media ilə bu cür danışmır: “xəbərdarlıq”, “tövsiyə”, “məsləhət”…
Tövsiyəni ölkə başçısı verə bilər, güc strukturlarının rəhbərləri milli məsələlərdə mediaya çağırış və ya məsləhət xarakterli dəstək göstərə bilərlər.
Siz hansı yaş, hansı təcrübə ilə tövsiyə verirsiniz?
Ümumiyyətlə, hər yerindən duranın mediaya “tövsiyə verməsi” xəstəlikdir və xəstəkdən qurtulun!
Gedin, kirayə pulunuzu alıb, villalarınızda yaşayın, medianın hansı işlər gördüyünü siz heç təsəvvür belə edə bilməzsiniz!/Bakıpost.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"