GENERAL HİKMƏT HƏSƏNOVLA BAĞLI CİNAYƏT İŞİ AÇILIB - Rəsmi məlumat yayıldı 

img

16-11-2021 [11:15]


Birinci Ordu Korpusun sabiq komandanı general-mayor Hikmət Həsənovun minaya düşməsi ilə bağlı cinayət işi açılıb.

Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, general-mayor Hikmət Həsənovun 20.11.2020-ci il tarixdə işğaldan azad olunmuş Ağdam rayonuna daxil olarkən zirehli maşında minaya düşməsi nəticəsində xəsarət alması faktı ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 29, 120.2.12-ci ( milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR