14 HAKİMƏ 6 AY VAXT, 3-NÜN FƏALİYYƏTİNƏ XİTAM VERİLİB - Fikrət Məmmədov MHŞ-nı topladı + FOTO
27-10-2021 [18:00]
Oktyabrın 26-da Məhkəmə-Hüquq Şurasının videokonfrans formatında iclası keçirilib.
Mia.az xəbər verir ki, çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov bu ərəfənin əlamətdar bayramlara təsadüf etdiyini, bir neçə gün öncə müstəqilliyimizin bərpasının 30-cu ildönümünün qeyd edildiyini, habelə qarşıdan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Böyük Qələbəmizin təcəssümü olan Zəfər Gününün gəldiyini bildirib.
Şurada dövlət başçısının növbəti onillikdə ölkənin sosial-iqtisadi tərəqqisinin davamlılığı, inklüziv cəmiyyətin və müasir innovasiyaların inkişafı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışı təmin etmək məqsədilə təsdiq etdiyi «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin» əhəmiyyəti bildirilib. Onun məhkəmə fəaliyyətində şəffaflığın artırılması üzrə qarşıda qoyduğu mühüm vəzifələrlə bağlı tədbirlər qeyd edilib.
Son dövrlər bu sahədə görülən işlər, habelə məhkəmə icraatı zamanı çevikliyin təmin edilməsi, süründürməçilik və mümkün sui-istifadə hallarının qarşısının alınması məqsədilə yeni qanunların qəbulu, o cümlədən mülki-prosessual qanunvericiliyə mütərəqqi dəyişikliklərin edilməsi, elektron sistemlərin məhkəmə icraatında geniş tətbiqi, yüksək texnoloji - «hi-tech» məhkəmələrin inşası diqqətə çatdırılıb, yeni fəaliyyətə başlamış mediasiya institutunun əhəmiyyəti vurğulanıb.
Şurada məhkəmə sistemində şəffaflığın artırılması və hakimlərin müstəqilliyinin möhkəmləndirilməsi üzrə, habelə bu sahədə beynəlxalq tərəfdaşların, o cümlədən Avropa Şurasının tövsiyələrinə uyğun olaraq əlavə tədbirlər müəyyən edilib.
İclasda həmçinin hakimlərin fəaliyyətinin hərtərəfli və prinsipial qiymətləndirilməsi məqsədilə Şura tərəfindən təsdiq edilmiş yeni Qaydalara uyğun olaraq cari ildə 117 hakimin fəaliyyətinin qiymətləndirildiyi, 14 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunaraq işdə dönüş yaratmaları üçün 6 ay vaxt verildiyi, 3 nəfərin isə səlahiyyətlərinə xitam verildiyi bildirilib.
Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi Qaydalarının yeni qanunvericiliyə uyğun təkmilləşdirilməsi ilə bağlı müvafiq qərar qəbul edilib. Bu ilin sonunadək fəaliyyətlərinin qiymətləndirilməsi nəzərdə tutulmuş daha 120 hakimlə bağlı hərtərəfli təhlillərin aparılması və nəticələrin Şuranın iclasına çıxarılması üzrə konkret tapşırıqlar verilib.
Şuranın iclasında qanunvericiliyin tələblərinin, çəkişmə prinsipinin və icra intizamının pozulmasına, süründürməçiliyə yol verildiyinə və digər nöqsanlara görə birinci instansiya və apellyasiya məhkəmələrinin 5 hakiminin intizam məsuliyyəti məsələsinə baxılıb, eyni xarakterli pozuntulara görə bir sıra hakimlər barədə intizam icraatları başlanılıb.
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib - (Yenilənib)
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib