Saakaşvili tibbi yardımdan imtina etdi - Həkimdən açıqlama

img

27-10-2021 [17:18]


“Mixeil Saakaşvili bu gündən etibarən tibbi nəzarətdən imtina edir”.

Bunu onun ukraynalı həkimi Maksim Perebeynis Rustavidə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, M.Saakaşvili aclıq aksiyasını yüngülləşdirən analiz və tibbi prosedurların aparılmasına razılıq verməyəcək.

Həkim siyasətçini müayinə etməsi üçün ona imkanın yaradılmadığını bildirib.

M.Perebeynis M.Saakaşvilinin tibbi nəzarət altında saxlanılmasına ehtiyacın olduğunu vurğulayıb.

Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb. Həmin gündən aclıq aksiyası keçirən siyasətçi oktyabrın 20-də həkim yardımına razılıq vermişdi/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR