“Cənnətdən gələn məktub” - Gürcüstanda Zəfər bayramının birinci ildönümünə həsr olunan tamaşa hazırlanır

img

27-10-2021 [16:07]


Gürcüstanın paytaxtı Tbilisi şəhərində Zəfər bayramının birinci ildönümünə həsr olunan tamaşa hazırlanır.

Mia.az xəbər verir ki, Gürcüstanda yaşayan soydaşlarımızın yaratdığı müstəqil “Era Teatrı”nın hazırladığı tamaşa “Cənnətdən gələn məktub” adlanır.

Dram janrında olan tamaşanın əsas mövzusu vətənpərvərlik və şəhidlikdir.

Əsərin müəllifi və eyni zamanda tamaşanın quruluşçu rejissoru Anar Rafiqoğlu, aktyorlar isə Elnur Vəlizadə və Binəli İslamoğludur. Tamaşanın premyerası 9 noyabr tarixində saat 16:00-da Tbilisi şəhərində yerləşən Xorava adına Aktyorlar Evində baş tutacaq.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutacaq premyera Azərbaycan dilində olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR