"Diqqət! Xəbər var!” - Media tarixindən bəhs edən yeni nəşr işıq üzü görüb
27-10-2021 [15:56]
Türkiyə və Azərbaycanın dövlət xəbər agentliklərindən, ortaq media tarixindən bəhs edən yeni nəşr işıq üzü görüb.
Mia.az xəbər verir ki, "Diqqət! Xəbər var!” adlı monoqrafik kitab dünya xəbər agentliklərinin iş prinsiplərindən, xəbər agentliklərinin yaranması və ictimai rəyə olan təsirlərindən, Azərbaycan və Türkiyənin ortaq media tarixindən və hər iki qardaş ölkə mediasının incisi hesab olunan "Azərtac" və "Anadolu" dövlət xəbər agentliklərinin müxtəlif proseslərdəki informasiya siyasətindən, informasiya ilə davranışlarından bəhs edir.
"Diqqət! Xəbər var!” monoqrafik kitabın müəllifi, jurnalist, Əfsələddin Ağalarovun sözlərinə görə, nəşrdə təkcə xəbər agentliklərinin fəaliyyət istiqamətləri nəzəri olaraq deyil, həm də "Anadolu" və "AzərTac" nümunələri üzərindən dünyada baş verən 3 əsas hadisə zamanı informasiya ilə praktik davranışları araşdırma üsulu ilə özündə əxz edilir: "Kitab gənc jurnalistlər üçün hazırlanmış aydın və lakonik dili ilə seçilə biləcək bir nəşdir. Kitabda dövlət xəbər agentliyinin dövlətlər üçün önəmi və bu önəmin praktik təcrübəsi izah olunur. İki qardaş ölkənin dövlət xəbər agentlikləri müxtəlif hadisələrə yanaşmasında dövlətlərin həmin hadisəyə olan baxışı və siyasi mövqeyi əsas götürülür. Məsələn, "Breksit" prosesində AzərTac və Anadolu hansı duruşu sərgiləyir? Və ya ABŞ-da keçirilən prezident seçkilərində agentliklər fəaliyyətini necə qurub? Bu sualların cavabını müxtəlif üsullarla – qarşılaşdırma (müqayisə) və deduksiya üsulu ilə tapmaq mümkün olacaq”.
Müəllif Azərbaycan və Türkiyənin ortaq media tarixində və bu günündə dövlət xəbər agentliklərinin önəmini vurğulayıb: "Hazırda iki qardaş ölkənin - Azərbaycan və Türkiyənin hər sahədə olduğu kimi media sferasında da ortaq əməkdaşlıqlarının qurulması, ortaq media platformunun yaradılması üçün müntəzəm və məntiqli işlər qurulur. Bu işdə akademik əməkdaşlıqların artırılması vacibdir. Kitabımız Azərbaycanda təhsil alan gənc jurnalistlər üçün məhz bu aspektdən önəmli istinad mənbəsi olacaq və istifadə edəcəkləri geniş araşdırmalarla zəngin "cib” kitabçası rolunu oynayacaq. Düşünürəm ki, yaxın gələcəkdə bu cür nəşrlərin artırılması Azərbaycan və Türkiyənin media sferasında tarixi bağlılıqları yenidən gündəmə gətirəcək və gələcək üçün görüləcək işlərdə önəmli mayakrolunu oynayacaq”
Ə.Ağalarov "Diqqət! Xəbər var!” monoqrafik kitabının Gənclər Fondu tərəfindən nəşr edildiyini və yaxın günlərdə təqdim ediləcəyini, gənclər üçün isə ödənişsiz olaraq paylanılacağını qeyd edib.
Qeyd edək ki, müəllif Əfsələddin Ağalarov Bakı Dövlət Universitinin "Jurnalistika” fakültəsində bakalavr, Türkiyənin "Marmara Universitetinin” "İletişim” fakültəsində "Media İqtisadiyyatı və İdarəedilməsi” bölümündə magist təhsili alıb. O, "Azxeber.com” informasiya portalının təsisçilərindən biri olmaqla yanaşı, hazırda sözügedən informasiya resursunda baş direktor vəzifəsini icra edir.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"