Əməkdar artisti maşın vurub, vəziyyəti ağırdır

img

27-10-2021 [10:30]


Əməkdar artist Elizbar Osmanovu maşın vurub.

Mia.az qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində Bakı Dövlət Sirkinin yaxınlığında baş verib.

1 saylı Kliniki Tibbi Mərkəzə aparılan Elizbar Osmanovun vəziyyəti ağır olub.

Xəstəxanadan verilən məlumata görə, əməkdar artist cərrahi əməliyyata alınıb.

Əməliyyat bitib, xəstənin vəziyyəti ağırdı.

Elizbar Osmanovu vuran "BMW" markalı maşının sürücüsü polis tərəfindən dindirlir.

Qeyd edək ki, Elizbar Osmanova Prezidentin sərəncamı ilə bu il "Əməkdar artist" fəxri adı verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR