İrandan Ermənistana alternativ yol çəkilir: "İlin əvvəlində istifadəyə veriləcək"

img

25-10-2021 [17:39]


"Ermənistanın Sünik vilayətində dövlətlərarası Gorus-Qafan magistralına alternativ yolun tikintisi gələn ilin əvvəlində başa çatacaq və istifadəyə veriləcək".

Bunu Ermənistan Baş nazirinin müavini Suren Papikyan öz "Facebook" hesabında bildirib.

Xatırladaq ki, Gorus-Qafan yolunun 21 kilometrlik hissəsi İkinci Qarabağ müharibəsindən sonra azad edilmiş Azərbaycanın Qubadlı rayonu ərazisindən keçir. Bu ilin sentyabrından etibarən İrandan Ermənistana bu yolla gəlib-gedən İran nömrəli yük maşınları yoxlanır və gömrük rüsumuna cəlb edilır.

Ermənistan bir müddətdir ki, Gorus-Qafan yoluna alternativ yolun tikintisinə başlayıb.

Bazar günü Suren Papikyan Ermənistan rəsmiləri ilə təmir-tikinti işləri gedən yolun 43 kilometrlik Tatev-Ağvani hissəsinə baş çəkib. Yolun bu hissəsinin noyabrın sonunadək istismara veriləcəyi bildirilir. Yeni yol İranla Ermənistan arasında əsas gediş-gəliş olan Gorus-Qafan yoluna alternativdir. İran tikintidə Ermənistana dəstək göstərəcəyini bəyan edib.

Qeyd edək ki, sözügedən yolun bir hissəsi çətin dağlıq reylefdən keçir. Mütəxəssisələr bildirirlər ki, tikinti aparılsa belə, həmin istiqamətdə yük maşınlarının intensiv hərəkəti mümkün olmayacaq.

"AzPolitika.info"


Digər xəbərlər
SON XƏBƏRLƏR