BAXCP sədrinin müavini: "Oradakı ermənilər ciddi nəzarətdədirlər..."
24-10-2021 [11:18]
"Bu gün tək Xankəndində deyil, Ermənistanın özündə belə sosial vəziyyət çox ağırdı. Əhalinin rifahı xeyli aşağıdır. Çünki ermənilər Rusiyadan aldıqları dotasiya hesabına dolanırlar. Ölkənin iqtsadiyyatı yox dərəcəsindədir. Hər hansı bir təbii sərvətə malik deyillər. Və bu gün faktiki Ermənistanda əhalinin ümumi sayı 1.5 milyonu keçmir".
Mia.az xəbər verir ki, bu sözləri Bizim.Media-ya özəl açıqlamasında BAXCP sədrinin müavini, siyasi şərhçi Niyaməddin Orduxanlı bildirib.
Onun fikrincə, ermənilər 44 günlük müharibədən sonra daha ağır duruma düşüblər. Həmçinin də pandemiya Ermənistandakı böhranı dərinləşdirir:
"Qarabağın işğaldan azad olunması səbəbindən 40 000 mindən artıq erməni Ermənistana qacıb. Və bu gün də Xankəndində və ətraf ərazidə 25 000 əhali qalıb. Təbii ki, belə vəziyyətdə Xankəndində sülhməramlılar erməniləri talayırlar. 30 il ermənilər Azərbaycanın ərazilərindən istifadə ediblər. Təsəvvür edin, bizim ərazilərdə taxıl əkirmişlər və bu taxıl Ermənistanın bir illik taxıl ehtiyatının 65% təşkil edirmiş. Həmçinin enerjinin əldə olunması. İndi həmin ərazilərin 94%-i əldən çıxıb. Bu, nəinki Xankəndinə, bütövlükdə Ermənistanın büdcəsinə ciddi ziyan vurub".
Niyaməddin Orduxanlı bildirib ki, Qarabağdakı ermənilər qızıllarını, qiymətli nələri varsa, dəyər-dəyməzinə satmaq məcburiyyətindədirlər. Bundan başqa Azərbaycana aid incəsənət nümunələri, əntiq əşyalar var ki, onların hamısı ermənilər tərəfindən oraya gələn xaricilərə, rus zabitlərinə satılır və ərazilərimizdən çıxarılır:
"Çünki oradakı ermənilər ciddi nəzarətdədirlər, onların Qarabağdan çıxması komendat nəzarəti altında mümkün deyil, heç nə də keçirib satmaq imkanları yoxdur. Oradakı ermənilər konslager rejimindəki kimi yaşayır və ağır durumdadırlar. Ona görə də son zamanlar oradakı ermənilər arasında sülh müqaviləsini həsrətlə gözləyənlər çoxalıb, istəyirlər ki, tez Azərbaycanın idarəetməsi altına keçməklə adam kimi yaşasınlar".
Politoloqun fikrincə, bəzi Qarabağ erməniləri Azərbaycanın nəzarətinə keçmək istəyir ki, evlərini azərbaycanlılara satıb, özləri Bakı vasitəsilə xaricə çıxış əldə etsinlər. Amma ermənilər həm də yaxşı bilir ki, "Azərbaycan çox yüksək iqtisadi duruma malikdir.
Son bir ildə Qarabağ və ətraf rayonlarda görülən böyük quruculuq işlərini də görürlər. Əlbəttə ki, ağır durmda olan və acından ölən ermənilər Azərbaycanın tərkibində yaşamağı da arzulayırlar. Onsuz da ermənilərin başqa yolu yoxdur. Bizim suverenliyimiz çərçivəsində yaşamağa məcburdular".
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb
Azərbaycan nefti kəskin ucuzlaşıb