Şahbuz dağlarının alyanaq gözəli - Kükü alması
24-10-2021 [10:07]
Əli Cabbarov
Şahbuz rayonu, Kükü kənd sakini
***
Naxçıvan öz üstün keyfiyyətli yerli məhsulları ilə həmişə seçilmişdir. Bu torpaqdan min bir zəhmətlə yetişdirilib süfrələrin bəzəyinə çevrilən Sədərəyin üzümü, Şərurun şaftalısı, Ordubadın əriyi, limonu, Nehrəmin bal kimi qarpızı, dadlı qovurması, ağappaq pendiri, Şahbuzun ağızda dondurma kimi əriyən cəvizi, konfet kimi dadlı Kükü alması və çox sayda təkcə adı ilə deyil, keyfiyyəti ilə də tanınmış yerli məhsulları təkcə Naxçıvanda deyil onun hüdudlarından kənarda da yaxşı tanınır. Bu yazımızda Şahbuz dağlarının, Dərələyizin güneyində, əsrarəngiz təbiətli Kükü kəndində yetişdirilən almanın dadından-tamından danışacağıq.
Alma özünün dadı-tamı, mineral-vitamin tərkibi, elə gözəlliyi ilə də seçilən meyvə olub türk xalqlarının süfrəsində ənənəvi yer tutmuşdur.
Xatırlasanız, nağıllarda da insanları gözəl və gənc göstərən sehrli almalar haqqında bəhs olunur. Bu, bəlkə də müasir diyet reseptlərinin olmadığı bir vaxtda almanın əhəmiyyətini göstərmək üçün ən yaxşı həkim məsləhəti idi. Amma, deyilənə görə, məşhur İbn Sina da öz əsərlərində almanın müalicəvi xüsusiyyətlərindən bəhs etmişdi. Vətəni Yaxın Şərq kimi tanınan bu qiymətli meyvənin hələ iki min il əvvəl 25 sortu məlum idi. Müasir dünyada isə alma deyəndə çox şeylər yada düşür: Troya müharibəsi, Nyutonun məşhur ümumdünya cazibə qanunu, “Apple” firmasının ağıllı cihazları, ingilis dilindəki “göz bəbəyi” ifadəsi və daha nələr alma ilə tanınır. Amerikanın iqtisadi cəhətdən “göz bəbəyi” sayılan Nyu-York şəhərinə verilən “Böyük Alma” simvolik adı da təsadüfi deyil. Öz dadlı almaları ilə yaxşı tanınan Şahbuz rayonunun Kükü kəndinə səfər edib, buradakı bağlarda yetişdirilən alma sortlarının dadı ilə yerindəcə tanış olsanız bu qızıl payız günündə bir səbət alma boğçası da sizin olar.
Kükü kəndi dəniz səviyyəsindən təqribən 1800-2000 metr yüksəklikdə, dağlar arasında, bol sulu, yay ayları günəşli, həm də sərin keçən bir yerdədir. Elə əsl alma da sərin havanı sevən meyvədir. Ağacın yeri münbit, bol şirin sulu və günəşli olmalıdır ki, istədiyiniz dad və keyfiyyətli məhsulu əldə edə biləsiniz.
Kükü ziyalıları, alimləri ilə də ölkə səviyyəsində tanınan kənddir. Kənd sakinlərinin əsas məşğuliyyətləri arasında heyvandarlıq, arıçılıq və əlbəttə ki, bağçılıq mühüm yer tutur. Kənddə alma haqqında danışanda hər kəs həvəslə həmsöhbət olur. Deyirlər ki, daim gənc görünmək, sağlam və gümrah olmaq baxımından davamlı alma yeməyin mühüm əhəmiyyəti vardır.
Həkimlərin məsləhətinə görə isə alma öz mineral və vitamin tərkibinə, onların universallığına görə, demək olar ki, bütün meyvələri üstələyir. Almada mövcud olan fosfor, kalsium, maqnezium, dəmir, sink, selen, manqanla bərabər, B1, B2, PP, B5, B9, Provitamin A və E vitaminləri vardır. Onun tərkibində A vitamini portağaldan 50 faiz çoxdur. Bəzi sıra alma sortlarındakı C vitamini isə portağaldakından on dəfə artıqdır. Almadakı B vitamini ürək-damar, əsəb və həzm sisteminə faydalıdır. Həkimlər almanı yod çatışmazlığı olanlara da məsləhət görürlər. Alma özünün yod zənginliynə görə təkcə dəniz məhsullarından geri qalır. Xalq arasında “zob” xəstəliyi kimi tanınan və geniş yayılmış qalxanabənzər vəzin böyüməsinə qarşı faydalı olan yod mineralları almanın toxumlarında xeyli miqdardadır. Ona görə də saf almanı toxumları ilə bərabər yemək məsləhətdir. Bütün bunlarla bərabər, insan orqanizmində qanazlığına səbəb olan dəmir çatışmazlığı zamanı həkimlərin ən yaxşı resepti yenə də almadır. Qan azlığına qarşı səhər tezdən yeməkdən əvvəl alma yemək ən yaxşı təbii vasitələrdən biri hesab olunur. Axşam yatmazdan qabaq yeyilən bir alma isə yuxunu şirinləşdirir. Tərkibindəki üzvi turşular və az kalorili olması diyet saxlayanlara çox kömək edir. Oturaq iş görənlərə, arıqlamaq istəyənlərə də alma yemək məsləhət bilinir. Almanı dişləyib yemək dişlərin dibini təmizləyir, diş ətini gücləndirir, nəfəsi təravətləndirir. Almadakı qanyaradıcı elementlər zehni işlə məşğul olanlar üçün də çox faydalıdır.
Tibb elmi onu da deyir ki, alma infarktdan sonrakı müalicə dövrü üçün də məsləhətlidir. Almanın bağırsaqlarda və qaraciyərdə şişli hüceyrələrin çoxalmasının qarşısını aldığı da elmə məlumdur. Bütün bu göstərilən faydalı nəticələr isə yalnız almanı qabığı ilə bərabər yedikdə mümkündür. Ona görə də almanın qabığının soyularaq yeyilməsi məsləhət deyil. Beləliklə, gündə 1-3 alma yeməklə orqanizmin polivitamin və minerallara olan ehtiyacını ödəmək olar. Bu həm də dərmanlarla müqayisədə çox ucuz başa gəlir.
...Küküdə geniş alma bağı olan kənd sakinləri çoxdur. Hazırda kənddə yaşayan 400-ə yaxın ailə təsərrüfatının, demək olar ki, hamısında alma bağı vardır. Bir sıra iri bağ sahibləri ildə 3-5 ton yüksək keyfiyyətli alma məhsulu tədarük edirlər. Məhsulun satış problemi də yoxdur.
Naxçıvanda yaradılmış geniş soyuducu anbar şəbəkəsi bağ sahiblərinin məhsulunu sərfəli qiymətlərlə satışına dəstək verir. Küküdə hələ təqribən 40-45 il bundan əvvəl salınmış 72 hektarlıq alma bağının məhsulu o dövrdə bütün muxtar respublikada və onun hüdudlarından kənarda yaxşı tanınmışdı. Hazırda isə torpağın kəndlinin ixtiyarına verilməsi ilə bu qiymətli meyvəyə olan maraq daha da artmışdır. Kənddə mövsümün bərəkətli çağında hər evin ən azı bir ton alma məhsulu olur. Ağ-qırmızı “Palmet”, “Qızıləhmədi”, “Şafran”, ağ-qırmızı “Belflor”, “Banan”, “Qarpız”, “Toz” və sair sortlar yerli şəraitə yaxşı uyğunlaşan, heç bir kimyəvi dərmanlamaya ehtiyac duymadan bol məhsul verən alma ağaclarıdır. Kənddə suyun bol olması, məhsulun maya dəyərinin də çox az olması onu iqtisadi cəhətdən sərfəli edir.
Alma-almaya bənzər. Amma kükülülərə görə, bənzərsiz bir alma var ki, o da yetişdiyi torpağın sahiblərini hər il bolluca məhsulla sevindirən, onun şöhrətini Naxçıvanın hər yerinə yayan bir almadır. O, günəşlə doyunca baxışaraq al yanağını səbirlə qızardan, Gurbulağın suyundan içib Qanlıgölün xəfif mehindən yarpağına sığal çəkən saf Kükü almasıdır.
Mia.az
Baş katib Ukraynanın NATO-ya yolunu qapatdı, Putinə isə xəbərdarlıq etdi: "Praktik olaraq mümkün deyil, Rusiya isə bilməlidir ki..."
Məşhur müğənnilərin həbsi... - Türkiyəni çalxalayan əməliyyatdan yeni xəbər var (FOTOLAR)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qarabağ" “Sabah”a uduzdu - Liderlikdə əldən çıxdı
Qəzzada gərginlik: üç uşaq yaralanıb
Putinin sözçüsü: "Bunu çox təhlükəli hesab edirik"
Kreml: "ABŞ rəsmiləri ilə yeni görüşə hazırlıq gedir"
Ziraat Türkiyə Kuboku: "Gənclərbirliyi" geri düşdüyü matçdan qalib
Konfrans Liqası: türk klubu Almaniyada gücünü sınayacaq
Leyla Əliyeva ÜST-in xüsusi nümayəndəsi ilə görüşüb
Vilayət Eyvazov Federasiya prezidenti seçilib
Amazon Web Services Azərbaycanda
PA rəsmisi Cavid Musayev: "Azərbaycan beynəlxalq media və informasiya tədbirlərinin..."
"Boğazını qayçı ilə kəsiblər, ağzı, əl və ayaqları da..." - 35 yaşlı şəxs keçmiş arvadını öldürüb + VİDEO (Yenlənib)
Mikayıl Cabbarov Omanın iqtisadiyyat naziri ilə müzakirə aparıb
Bu faydalı yataqlar satışa çıxarıldı - SİYAHI
"Karvan-Yevlax"dan AFFA-ya şikayət olunub
Sədərəkdə arvadını öldürməyə cəhd edən şəxs saxlanılıb
Gəncə Dövlət Universitetində aktual problemlərə həsr olunmuş elmi seminar keçirildi - FOTOLAR
Zəngilanda regional bölmə yaradılacaq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Yeni sədri kollektivə təqdim olunub
Prezidentin Katibliyinin rəisi və müavini barədə sərəncam verildi
Kamran Əliyev Qətərdə beynəlxalq tədbirə qatılıb
Şahrudin Məhəmmədəliyev Almaniyada əməliyyat olunub
21 yaşlı əsgər Əli Cəfərovun ölüm faktı üzrə araşdırma aparılır
Azərbaycandan Ermənistana göndərilən yanacağın ilk partiyası yola salınıb - Paşinyandan açıqlama (Yeniləyib)
Müasir poeziyamızın səsi: ruhun həndəsəsi – Qulu Ağsəsin misralarında həyat (VİDEO)
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev Fərman imzalayıb - FOTO
Rektor və müəllimlər təltif olundu - Sərəncam + SİYAHI
"Beşiktaş" "Mançester Yunayted"in qolkiperinə "göz qoyub"
ABŞ Tayvana müasir silahlar göndərir - 10 milyard dollarlıq
Toyda camış əti verən şadlıq evi məşhur iş adamının imiş... - Biznesmen geri çəkilmədi, AQTA-nı "topa tutdu" + FOTOLAR (YENİLƏNİB)
"VİLLANIN SATIŞ QİYMƏTİ 17 MİLYON AVRODUR" - "UNİBANK"in rəhbəri ultralüks villasını satışa çıxardı (FOTOLAR)
Sənan Həsənov AMEA-nın yubiley medalı ilə təltif olunub - FOTO
Dövlət Agentliyinə direktor təyin olundu - Nazir əmr verdi (FOTO)
Sabah hava necə olacaq? - Proqnoz