Şahbuz dağlarının alyanaq gözəli - Kükü alması
İQTİSADİYYAT
24.10.2021, 10:07
Əli Cabbarov
Şahbuz rayonu, Kükü kənd sakini
***
Naxçıvan öz üstün keyfiyyətli yerli məhsulları ilə həmişə seçilmişdir. Bu torpaqdan min bir zəhmətlə yetişdirilib süfrələrin bəzəyinə çevrilən Sədərəyin üzümü, Şərurun şaftalısı, Ordubadın əriyi, limonu, Nehrəmin bal kimi qarpızı, dadlı qovurması, ağappaq pendiri, Şahbuzun ağızda dondurma kimi əriyən cəvizi, konfet kimi dadlı Kükü alması və çox sayda təkcə adı ilə deyil, keyfiyyəti ilə də tanınmış yerli məhsulları təkcə Naxçıvanda deyil onun hüdudlarından kənarda da yaxşı tanınır. Bu yazımızda Şahbuz dağlarının, Dərələyizin güneyində, əsrarəngiz təbiətli Kükü kəndində yetişdirilən almanın dadından-tamından danışacağıq.
Alma özünün dadı-tamı, mineral-vitamin tərkibi, elə gözəlliyi ilə də seçilən meyvə olub türk xalqlarının süfrəsində ənənəvi yer tutmuşdur.
Xatırlasanız, nağıllarda da insanları gözəl və gənc göstərən sehrli almalar haqqında bəhs olunur. Bu, bəlkə də müasir diyet reseptlərinin olmadığı bir vaxtda almanın əhəmiyyətini göstərmək üçün ən yaxşı həkim məsləhəti idi. Amma, deyilənə görə, məşhur İbn Sina da öz əsərlərində almanın müalicəvi xüsusiyyətlərindən bəhs etmişdi. Vətəni Yaxın Şərq kimi tanınan bu qiymətli meyvənin hələ iki min il əvvəl 25 sortu məlum idi. Müasir dünyada isə alma deyəndə çox şeylər yada düşür: Troya müharibəsi, Nyutonun məşhur ümumdünya cazibə qanunu, “Apple” firmasının ağıllı cihazları, ingilis dilindəki “göz bəbəyi” ifadəsi və daha nələr alma ilə tanınır. Amerikanın iqtisadi cəhətdən “göz bəbəyi” sayılan Nyu-York şəhərinə verilən “Böyük Alma” simvolik adı da təsadüfi deyil. Öz dadlı almaları ilə yaxşı tanınan Şahbuz rayonunun Kükü kəndinə səfər edib, buradakı bağlarda yetişdirilən alma sortlarının dadı ilə yerindəcə tanış olsanız bu qızıl payız günündə bir səbət alma boğçası da sizin olar.
Kükü kəndi dəniz səviyyəsindən təqribən 1800-2000 metr yüksəklikdə, dağlar arasında, bol sulu, yay ayları günəşli, həm də sərin keçən bir yerdədir. Elə əsl alma da sərin havanı sevən meyvədir. Ağacın yeri münbit, bol şirin sulu və günəşli olmalıdır ki, istədiyiniz dad və keyfiyyətli məhsulu əldə edə biləsiniz.
Kükü ziyalıları, alimləri ilə də ölkə səviyyəsində tanınan kənddir. Kənd sakinlərinin əsas məşğuliyyətləri arasında heyvandarlıq, arıçılıq və əlbəttə ki, bağçılıq mühüm yer tutur. Kənddə alma haqqında danışanda hər kəs həvəslə həmsöhbət olur. Deyirlər ki, daim gənc görünmək, sağlam və gümrah olmaq baxımından davamlı alma yeməyin mühüm əhəmiyyəti vardır.
Həkimlərin məsləhətinə görə isə alma öz mineral və vitamin tərkibinə, onların universallığına görə, demək olar ki, bütün meyvələri üstələyir. Almada mövcud olan fosfor, kalsium, maqnezium, dəmir, sink, selen, manqanla bərabər, B1, B2, PP, B5, B9, Provitamin A və E vitaminləri vardır. Onun tərkibində A vitamini portağaldan 50 faiz çoxdur. Bəzi sıra alma sortlarındakı C vitamini isə portağaldakından on dəfə artıqdır. Almadakı B vitamini ürək-damar, əsəb və həzm sisteminə faydalıdır. Həkimlər almanı yod çatışmazlığı olanlara da məsləhət görürlər. Alma özünün yod zənginliynə görə təkcə dəniz məhsullarından geri qalır. Xalq arasında “zob” xəstəliyi kimi tanınan və geniş yayılmış qalxanabənzər vəzin böyüməsinə qarşı faydalı olan yod mineralları almanın toxumlarında xeyli miqdardadır. Ona görə də saf almanı toxumları ilə bərabər yemək məsləhətdir. Bütün bunlarla bərabər, insan orqanizmində qanazlığına səbəb olan dəmir çatışmazlığı zamanı həkimlərin ən yaxşı resepti yenə də almadır. Qan azlığına qarşı səhər tezdən yeməkdən əvvəl alma yemək ən yaxşı təbii vasitələrdən biri hesab olunur. Axşam yatmazdan qabaq yeyilən bir alma isə yuxunu şirinləşdirir. Tərkibindəki üzvi turşular və az kalorili olması diyet saxlayanlara çox kömək edir. Oturaq iş görənlərə, arıqlamaq istəyənlərə də alma yemək məsləhət bilinir. Almanı dişləyib yemək dişlərin dibini təmizləyir, diş ətini gücləndirir, nəfəsi təravətləndirir. Almadakı qanyaradıcı elementlər zehni işlə məşğul olanlar üçün də çox faydalıdır.
Tibb elmi onu da deyir ki, alma infarktdan sonrakı müalicə dövrü üçün də məsləhətlidir. Almanın bağırsaqlarda və qaraciyərdə şişli hüceyrələrin çoxalmasının qarşısını aldığı da elmə məlumdur. Bütün bu göstərilən faydalı nəticələr isə yalnız almanı qabığı ilə bərabər yedikdə mümkündür. Ona görə də almanın qabığının soyularaq yeyilməsi məsləhət deyil. Beləliklə, gündə 1-3 alma yeməklə orqanizmin polivitamin və minerallara olan ehtiyacını ödəmək olar. Bu həm də dərmanlarla müqayisədə çox ucuz başa gəlir.
...Küküdə geniş alma bağı olan kənd sakinləri çoxdur. Hazırda kənddə yaşayan 400-ə yaxın ailə təsərrüfatının, demək olar ki, hamısında alma bağı vardır. Bir sıra iri bağ sahibləri ildə 3-5 ton yüksək keyfiyyətli alma məhsulu tədarük edirlər. Məhsulun satış problemi də yoxdur.
Naxçıvanda yaradılmış geniş soyuducu anbar şəbəkəsi bağ sahiblərinin məhsulunu sərfəli qiymətlərlə satışına dəstək verir. Küküdə hələ təqribən 40-45 il bundan əvvəl salınmış 72 hektarlıq alma bağının məhsulu o dövrdə bütün muxtar respublikada və onun hüdudlarından kənarda yaxşı tanınmışdı. Hazırda isə torpağın kəndlinin ixtiyarına verilməsi ilə bu qiymətli meyvəyə olan maraq daha da artmışdır. Kənddə mövsümün bərəkətli çağında hər evin ən azı bir ton alma məhsulu olur. Ağ-qırmızı “Palmet”, “Qızıləhmədi”, “Şafran”, ağ-qırmızı “Belflor”, “Banan”, “Qarpız”, “Toz” və sair sortlar yerli şəraitə yaxşı uyğunlaşan, heç bir kimyəvi dərmanlamaya ehtiyac duymadan bol məhsul verən alma ağaclarıdır. Kənddə suyun bol olması, məhsulun maya dəyərinin də çox az olması onu iqtisadi cəhətdən sərfəli edir.
Alma-almaya bənzər. Amma kükülülərə görə, bənzərsiz bir alma var ki, o da yetişdiyi torpağın sahiblərini hər il bolluca məhsulla sevindirən, onun şöhrətini Naxçıvanın hər yerinə yayan bir almadır. O, günəşlə doyunca baxışaraq al yanağını səbirlə qızardan, Gurbulağın suyundan içib Qanlıgölün xəfif mehindən yarpağına sığal çəkən saf Kükü almasıdır.
Mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul edib - FOTOLAR
Bugün, 11:57 GÜNDƏM
-
ƏRDOĞANIN AKP-sinin AZƏRBAYCANA QARŞI "HİCAB" OYUNU... - Konsulluğumuzun qarşısına toplananları kimlər yönləndirib? (TƏHLİL)
Bugün, 11:47 SİYASƏT
-
Məhkəmə hakimiyyətində yenilik - Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılır, nələr olacaq?
Bugün, 11:19 CƏMİYYƏT
-
Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar açıqlandı
Bugün, 11:09 CƏMİYYƏT
-
Prezident dərman istehsalı müəssisəsinin açılışında - FOTOLAR
Bugün, 11:00 GÜNDƏM
-
İran Norveçə nota verdi
Bugün, 10:58 DÜNYA
-
Korrupsiya ilə bağlı qanun dəyişir - Sənəd Milli Məclisə daxil olub
Bugün, 10:52 CƏMİYYƏT
-
İstanbulda Yapon Mədəniyyət günü ilə bağlı təşkil olunan festivala hücum olub - "Allahu Əkbər" şüarı ilə
Bugün, 10:39 DÜNYA
-
Prezident 60 yaşı tamam olan deputatı təltif etdi - “Şöhrət” ordeni ilə
Bugün, 10:29 GÜNDƏM
-
Ramiz Mehdiyev məhkəməyə gələcək? - Bu gün növbəti iclas olacaq
Bugün, 10:25 GÜNDƏM
-
Adnan Əhmədzadənin "Grand-Mart"ında BÖHRAN? - Vergi borcu 1.2 milyonu ötdü
Bugün, 10:21 İQTİSADİYYAT
-
Rusiya Tədqiqat İnstitutunda baş verən ölüm dünyanı qorxuya saldı - 28 yaşlı qadın niyə öldü?
Bugün, 10:08 GÜNDƏM
-
Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15000 istədi" - VİDEO
Bugün, 10:01 MƏDƏNİYYƏT
-
ABŞ super bombardmançı təyyarələrini Britanyadan təcili çıxardı - İran təhdidi var?
Bugün, 09:46 DÜNYA
-
Türkiyədə daha bir TV bağlandı: "Bu mübarizə biz çox zərər verdi"
Bugün, 09:29 PRESS
-
Millətlər Liqası: 8 oyun oldu - Almaniya Yunanıstana yenə qalib gələ bilmədi
Bugün, 09:21 İDMAN
-
10 il əvvəl deputatı ayağından vuran şəxs başından güllələnərək öldürülüb - Türkiyədə + FOTO
Bugün, 09:08 SİYASƏT
-
İstanbulda daha bir skandal: bir qrup hakim və prokurora cinayət işi açılıb, bir deputatın isə...
Bugün, 09:01 SİYASƏT
-
Yazıçı-jurnalist Əlmaniz Ələkbərlinin 55 illiyi təntənəli şəkildə qeyd olunub - FOTOLAR
Bugün, 08:55 PRESS
-
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Bugün, 08:49 GÜNDƏM
-
Türkiyə futbolu son 30 ildə "çirkin üsullar"la idarə olunub: "Mən istefa vermirəm, verməyəcəm..."
Bugün, 00:36 İDMAN
-
"Qalatasaray"ın futbolçusu yığmadan gedir? - Açıqlama
Bugün, 00:28 İDMAN
-
"ƏGƏR BİRİNİN 112 NÜVƏ SİLAHI VARSA..." - Tramp Şimali Koreya lideri Kim Çen In və İrana yeni mesaj verdi
Bugün, 00:14 GÜNDƏM
-
Serdal Adalı yenidən "Beşiktaş" prezidenti seçildi
Bugün, 00:08 İDMAN
-
90-cı illərin müğənnisi.. - İllər Bendenizi çox dəyişdirib + FOTOLAR
Bugün, 00:07 MƏDƏNİYYƏT
-
Hülya Avşar tenis meydançasına elə geyimdə gəldi ki... - FOTO
Bugün, 00:05 ŞOU-BİZNES
-
Biləsuvarda 26 yaşlı gənc öldürüldü
Bugün, 00:01 KRİMİNAL
-
UEFA Millətlər Liqası: Azərbaycan yığması növbəti sınaqdan qalib ayrıldı - YENİLƏNİR
04.10.2026, 18:51 İDMAN
-
Vüqar Rəhimzadə: YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsi oldu
04.10.2026, 18:00 SİYASƏT
-
Azərbaycan və Türkiyə qardaşlığı, birliyi sarsılmazdır! - VAHİD TAĞIYEV YAZIR
04.10.2026, 17:25 YAZARLAR
-
YAP-da gözlənilməz dəyişiklik - Komitə sədri İdarə Heyətindən niyə kənarlaşdırıldı?
04.10.2026, 16:53 SİYASƏT
-
Kobaxidze Keşikçidağla bağlı mövqeyini açıqladı: “Biz Azərbaycan və..."
04.10.2026, 13:04 SİYASƏT
-
Nazir 290 müəllimi təltif etdi - TAM SİYAHI
04.10.2026, 12:40 GÜNDƏM
-
Sabaha olan hava proqnozu açıqlanıb
04.10.2026, 12:36 CƏMİYYƏT