"Mən uçub getdim çox uzaqlara..." - Müğənni Nadir Qafarzadə ölkədən gedib

img

24-10-2021 [09:09]


Müğənni Nadir Qafarzadə ölkədən gedib.

Mia.az xəbər verir ki, ifaçı bu barədə sosial şəbəkə hesabında məlumat verib.

Bir neçə gün əvvəl fəxri ad ala bilməməsi ilə bağlı yayılan müraciətdən sonra Nadir Qafarzadəni dəstəkləyən də, tənqid edən də olub. 

Müğənni Yenisabah-a açıqlamasında bu ittihamların əsassız olduğunu, ölkədən getmək planının olmadığını bildirsə də, o, hava limanından görüntülərini paylaşaraq izləyiciləri ilə xudahafizləşib: "Hər kəsin yolu açıq olsun. Görüşənədək! Hava limanında sonuncu əlvida. Mən uçub getdim çox uzaqlara..."


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA