Şəmkirdə parkda dava: iki nəfər bıçaqlandı

img

22-10-2021 [22:57]


Şəmkir rayonunda bıçaqlanma baş verib.

Hadisə şəhər parkında qeydə alınıb.

Belə ki, parkda baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. Hadisə zamanı 1985-ci il təvəllüdlü Nemət Hüseynov və Ədalət adlı digər şəxs bıçaq xəsarəti alıb. Yaralıların hər ikisi xəstəxanaya yerləşdirilib.

Onlar bir-birinə xəsarət yetirməkdə şübhəli bilinirlər. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Qeyd edilir ki, bıçaqlanan şəxslər yeznə-qayındır.

Faktla bağlı araşdırmalara başlanılıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR