Telman İsmayılov Avropa ölkəsindən siyasi sığınacaq aldı - Azərbaycanlı iş adamı Rusiyaya təhvil verilmədi

img

22-10-2021 [23:25]


Rusiyada qətl və adam oğurluğu cinayətlərində ittiham olunaraq Monteneqroda saxlanılmış Azərbaycan əsilli iş adamı Telman İsmayılov bu ölkədən siyasi sığınacaq alıb.

Bu barədə “Viesti” portalı biznesmenin vəkili Miloş Vuksanoviçə istinadən məlumat yayıb.

Vəkil bildirib ki, İsmayılovun sığınacaq alması ilə həbsxanada saxlanılması üçün əsaslar yox olub. Miloş Vuksanoviçin sözlərinə görə, biznesmen cəzaçəkmə müəssisəsindən azad edilib.

Daha əvvəl T.İsmayılovun digər vəkili Marina Rusakova bildirib ki, onun müvəkkili ekstradisiya izolyatorundan buraxılıb, çünki Monteneqroda siyasi sığınacaq alıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Telman İsmayılovun Monteneqroda siyasi sığınacaq istəmək niyyətində olması barədə xəbər yayılıb.

T.İsmayılovun vəkili bildirmişdi ki, onun müvəkkili ittihamların heç birindən özünü təqsirkar bilmir: “Telman saxlanılarkən onun üstündə siyasi sığınacaq üçün müraciət etdiyini təsdiqləyən sənəd olub. Buna görə də onun saxlanılması qanunsuzdur. Yalnız bu məsələ yoxlanılandan sonra T.İsmayılovun təhvil verilməsi məsələsinə dair qərar qəbul olunacaq”.

Xatırladaq ki, Telman İsmayılov Monteneqroda saxlanılaraq barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR