Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçirilib: nələr müzakirə edilib?
22-10-2021 [15:30]
Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclası açan komitənin sədri Bəxtiyar Əliyev gündəliyi təqdim edib.
O bildirib ki, gündəliyə ikinci oxunuşda “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə və “Peşə təhsili haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələri daxildir.
Gündəliyin təsdiqindən sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev birinci oxunuşdan sonra layihələrlə bağlı görülmüş işlər barədə məlumat verib, deputatların dəyişikliklər barədə müsbət fikirlər söylədiklərini və sənədləri konseptual baxımdan dəstəklədiklərini bildirib.
Sonra komitə sədri Bəxtiyar Əliyev hər iki layihənin ikinci oxunuşu barədə məlumat verib. O, Azərbaycanda müasir dövrün əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanması üçün peşə təhsili sisteminin keyfiyyətinin artırılması və genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb, regional peşə təhsili mərkəzlərinin istifadəyə verilməsinin əhəmiyyətini qeyd edib. Təhsilin bir çox aktual məsələlərinin qanunvericilik səviyyəsində həllinə baxıldığını, təhsil sahəsində islahatların davam etdiyini bildirən komitə sədri iclasın müzakirəsinə çıxarılan qanun layihələrinin də gənclərimizin daha keyfiyyətli peşə təhsili ilə əhatə olunmasına, təhsil səviyyələri arasında bağlılığı gücləndirməklə təhsilin fasiləsizliyinin təmin edilməsinə, təhsilimizin Avropa Kredit Transfer Sisteminə inteqrasiyasına, ali təhsilin əlçatanlığının artırılmasına xidmət etdiyini vurğulayıb.
Müzakirələrdə çıxış edən Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı, komitə üzvləri Tamam Cəfərova, Şahin Seyidzadə, Eldar Quliyev, İsa Həbibbəyli, Müşfiq Məmmədli, Aqiyə Naxçıvanlı, Kamilə Əliyeva qanun layihələri ilə bağlı öz fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər. Deputatlar mahiyyət etibarilə bir-biri ilə bağlı olan layihələrdə təhsilin subbakalavr pillələri üzrə tədrisin təşkilində kredit sisteminin tətbiqini, yüksək texniki peşə təhsili alanlara da tam orta təhsil almaq hüququnun verilməsini və onların təhsilin növbəti mərhələsi olan bakalavriat səviyyəsinə keçidinin asanlaşdırılmasını mütərəqqi dəyişikliklər adlandırıblar.
Deputatlar hər iki qanun layihəsini ikinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
Onlayn iclasda Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri Ülviyyə Ağayeva, Etibar Əliyev, Afət Həsənova, Rafael Hüseynov, Pərvin Kərimzadə, Ceyhun Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ