Azərbaycanda daha bir partiya dövlət qeydiyyatına alınıb

img

22-10-2021 [00:01]


Azərbaycanda daha bir partiya dövlət qeydiyyatına alınıb.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Yüksəliş Partiyasının (AYP) lideri Anar əsədli məlumat verib.

O bildiirb ki, artıq AYP dövlət qeydiyyatına alınmış partiyaların sırasındadır: "Bu münasibətlə partiya üzvlərini və bizi sevənləri təbrik edirəm. Başladığımız çətin yolda inamla irəliləyirik. Necə deyərlər, haqq nazilər, üzülməz.

Qurulduğu ilk gündən yanımızda olan, dəstəyini əsirgəməyən, bu yolda əməyi olan hər kəsə sonsuz təşəkkürümü bildirirəm.

Azərbaycan Yüksəliş Partiyası bundan sonra da seçdiyi yolda inamla addımlamağa davam edəcək.

Hər birimizə çıxdığımız yolda uğurlar diləyirəm".


Digər xəbərlər
SON XƏBƏRLƏR